ArxivXəbər lentiXəbərlər

AŞURA nə deməkdir və həmin günü oruc tutmaq olarmı? – Cavab

Məhərrəm ayı və aşura günü nə deməkdir?
Məhərrəm “haram olan, qadağan edilən, müqəddəs və hörmət edilən” deməkdir. Məhərrəm ayı haram sayılan dörd hicri aydan birincisidir. Hədəf14.az bildirir ki, Quranda məhərrəm sözü ay adı olaraq keçmir. Lakin dolayı olaraq döyüşün haram olduğu aylardan bəhs olunur və bu aylara hörmət göstərmək əmr edilir. Peyğəmbərimiz (s.ə.s) ayədəki haram ayların Zilqədə, Zilhiccə, Məhərrəm və Rəcəb ayı olduğunu bildirmişdir.
Məhərrəm ayının özünəxas xüsusiyyətlərindən biri bu ayda Aşura gününün olmasıdır. Aşura “onuncu gün” deməkdir. Hicri təqviminin ilk ayı olan Məhhərəm ayının onuncu günüdür. Bu günə “aşura” deyilməyinin səbəbi Allahın məhz həmin gün on peyğəmbərinə etdiyi lütflərə bağlıdır.
Sual: Aşura günü hansı hadisələr baş verib?
AŞURA günü oruc tutmaq olarmı?
Hədəf14.az.olaraq sualımıza cavab öyrənməyə çalışdıq. “Əhli-beyt əqidəsinin müdafiəçisi” adı ilə tarixdə məşhur olan Əllamə Məclisinin araşdırmasının yekununu nəzərinizə çatdırırıq
400-dən artıq qiymətli kitabın, o cümlədən 110 cildlik “Biharul-ənvar” kitabının müəllifi olan Əllamə Məhəmməd Baqir Məclisi “Üsuli-Kafi” kitabına şərh olaraq yazdığı “Miratuq uqul fi şərhi əxbaru Alir Rəsul” adlı 27 cildlik nəfis əsərinində yazır:
“Aşura gününün orucu ilə əlaqədar araşdırmanın nəticəsi budur ki, Aşura günündə oruc tutulmasını deyən cəmi bir neçə hədis var, o hədislərin hamısı təqiyyə (qorxu) halında söylənilmişdir. (Təqiyyə həyatın təhlükədə olan zamanında soruşulan sözdə həqiqəti gizlətməkdir.) (Qalan bütün hədislərdə Aşura günü oruc tutmaq qadağan edilir)
Müstəhəbdir ki, hər bir insan Aşura günündə öz qəm-qüssəsini nümayiş etdirmək məqsədi ilə günortadan sonrayadək yemək-içməkdən çəkinsin. Necə ki, Şeyx Tusi “əl-Misbah” kitabında Abdullah ibn Sənandan nəql edir ki, İmam Cəfər Sadiq əleyhissalam buyurdu: “Əgər Aşura günü oruc tutsan heç bir niyyət etmə (yəni eləcə ac qal) və əgər yemək yesən də heç bir niyyət etmə (yeməyi də qəm-kədərlə ye). Həqiqi orucu tutma. Oruc tutmuş (niyyətsiz ac qalmış) olsan günortadan sonra yeməyini ye. Hətta bir az su işməklə olsa belə aclığını sındır.” və hədis davam edir.
Yekun budur ki, Aşura günü oruc tutmaq ümumiyyətlə (istər niyyətli, istər niyyətsiz) gərək tərk edilsin (tutulmasın). ”
“Miratuq uqul fi şərhi əxbaru Alir Rəsul” 16-cı cild 361-ci hədis

Müctehidlərin hökmləri:
Bu Hökmlər “tözihul məsail” risalələrində Oruc hissəsində “haram və məkruh oruclar”fəslindədir.
Ayətullah Vəhid Xorasani: “Aşura günü vacib ehtiyata əsasən oruc tutmaq olmaz.”
Ayətullah Lənkərani: “Aşura günü oruc tutmaq bəyənilmir, lakin yaxşı olar ki, insan əsr vaxtına qədər yemək və içməkdən çəkinsin.”
Ayətullah Xamenei: “Aşura günü oruc tutmaq məkrhdur (bəyənilmir).”
Ayətullah Sistani: “Aşura gününün orucu məkruhdur” 1717-ci məsələ
Ayətullah Məkarim Şirazi: “Aşura gününün, habelə Ərəfə ya Qurban günü olmasında şəkk olan günün orucu məkruhdur.” 1469-cu məsələ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button