ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan Respublikası arasında tranzit məsələləri araşdırılıb

İran və Azərbaycan Respublikasının başçıları iki ölkə arasında əmtəə mal və sərnişin köçürülməsilə bağlı problem və məsələləri araşdırıblar.

İran Yol Xidməti və Şose Yolu Nəqliyyatı Təşkilatının Beynəlxalq Nəqliyyat və Tranzit Bürosunun baş direktoru Reza Nəfisi və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov Bakıda keçirilən mətbuat konfransında iki ölkə arasındakı beynəlxalq şose yolu nəqliyyatının hazırkı durumu və bu sahədə fəaliyyət göstərən şirkətlərin üzləşdikləri problemlər ətrafında fikir mübadiləsi aparıblar.

Nəfisi və Həsənov bu mətbuat konfransında iki ölkənin nəqliyyat dəhlizlərinin yaradılması xüsusiyyət təşkil etməklə tranzit məsələlərindəki fəal əməkdaşlıqlarını vurğulayaraq, bildiriblər ki, iki ölkənin şose yolu nəqliyyatı sahəsindəki əməkdaşlıqları gələcəkdə daha da genişlənəcəkdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button