ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Donetsk və Luqansk ilə bağlı qərar qınanır

Putinin Ukraynanın iki bölgəsinin müstəqilliyi tanıması qınaq obyektinə çevrilib

O qeyd edib ki, özlərinin müstəqilliyini elan edən “respublikalar”ın tanınması Rusiya Federasiyasının Minsk sazişindən çıxması deməkdir, bununla belə Ukrayna heç kimə heç nə verməyəcək.

Türkiyə də Rusiyanın Ukraynanın Donetsk və Luqansk vilayətlərini müstəqil dövlət kimi tanımasını qətiyyətlə pisləyib.

Türkiyə Xarici İşlər Nazirliyi bəyanatında beynəlxalq hüququn kobud şəkildə pozulduğu vurğulanıb və deyilib ki, rəsmi Ankara Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.

ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau isə bildirib ki, Rusiyanın məlum addımı Minsk razılaşmalarına zidd olaraq beynəlxalq hüququn və ATƏT-in fundamental prinsiplərinin pozulmasıdır.

ATƏT rəhbərliyinin fikrincə, bu cür tanınma yalnız gərginliyi artıracaq.

ABŞ-ın da mövqeyi özünü çox gözlətməyib. Dövlət katibi Entoni Blinken deyib ki, ABŞ öz müttəfiqləri ilə koordinasiyalı şəkildə Rusiyanın “dxr” və “lxr”i tanımasına qarşı müvafiq tədbirləri görəcək.

O bildirib ki, Rusiyanın qondarma qurumları tanıması sürətli və ciddi cavab tələb edir.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild da xəbərdarlıq edib ki, regionların Moskva tərəfindən tanınması müharibəyə bəhanədir.

“Rusiyanın hərəkətlərinin nəticələri Ukraynada, Avropada və bütün dünyada dəhşətli olacaq. Putin Minsk razılaşmalarını parça-parça etdi”, – deyə diplomat bildirib.

BMT Baş katibinin nümayəndəsi Stefan Düjarrik isə deyib ki, sözügedən qərar BMT nizamnaməsinin prinsiplərinə ziddir.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də məsələyə münasibət bildirib. O deyib ki, Aİ qətiyyətlə Ukraynanın tərəfindədir və Ukraynanın ərazi bütövlüyünü tam dəstəkləyir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button