AktualAktualArxivIslammədəniyyatQarabağSosialXəbər lentiXəbərlər

Doktor Ruhullah Mütəfəkkirazad jurnalistlərə verdiyi açıqlamasında Azərbaycan Respublikası parlamentinin İran əleyhinə sözlərinə münasibət bildirək

Doktor Ruhullah Mütəfəkkirazad jurnalistlərə verdiyi açıqlamasında Azərbaycan Respublikası parlamentinin İran əleyhinə sözlərinə münasibət bildirərək onu Azərbaycan xalqına xəyanət edənlərin tarixi düşmənçiliyinin bariz nümunəsi adlandırıb. Mütəfəkkirazad deyib: “Bu kimi xəyanətamiz açıqlamalar bundan qabaq da Azərbaycan torpaqlarının işğalına səbəb oldu və Qarabağ müharibəsinin əvvəllərində Elçibəyin getdiyi həmin səhv yoldur. Üstəlik, onun bu sözləri terrorçu qrupları və terrorizmi dəstəkləməsinə də şübhə yaradır.”

Doktor Mütəfəkkirazad Qarabağ müharibəsində İranın köməklərinə də işarə edərək vurğulayıb ki, əgər İranın köməkləri olmasaydı Azərbaycan Respublikası ərazilərində böyük faciə yaranardı. O əlavə edib: “Azərbaycan Respublikası məsulları həmişə İranın köməklərini qiymətləndiriblər, hətta bu ölkənin ən yüksək medalını iranlı generallara veriblər. Azərbaycan xalqınn tarixi yaddaşı İranın köməklərini heç vaxt unutmayacaq.”

Təbriz, Üskü və Azərşəhr şəhərlərinin İslami Şura Məclisində təmsilçisi Ali Məqamlı Rəhbərin Qarabağın azad olunmasına dəstəyi və Azərbaycan Respublikasının bu ərazilərə qanuni haqqı barədə açıqlamasına toxunaraq deyib: “İndiyə kimi dünyada heç bir rəhbər İnqilabın Rəhbəri kimi Azərbaycanın Qarabağ üzərində haqqını bu qədər açıq-aşkar müdafiə etməmişdir. Biz inanırıq ki, bu dəstək rəsmi olmaqdan əlavə, həm də dini bir dəstəkdir.”

İslami Şura Məclisinin rəyasət heyətinin üzvü Azərbaycan Parlament deputatının sözlərindən bir hissəsinə də toxunaraq deyib: “İran ölkənin şimal-qərbində PKK kimi silahlı terrorçularla vuruşur və şəhid verir. Heç vaxt da terrorçu qruplara dəstək verməmişdir. Çünki bizim ölkəmiz özü terrorizmin qurbanı olmuşdur.”

O, İranın terrorizmlə mübarizədə sadiq olduğunu vurğulayaraq deyib: “Elə bu üzdən Ali Məqamlı Rəhbər müharibənin hər iki tərəfinə təkid etdi ki, bizim sərhədlərimiz yaxınlığında heç bir terrorçu qrup yerləşməsin.”

Mütəfəkkirazad deyib: “Ali Məqamlı Rəhbərin sözlərinə uyğun olaraq bizim siyasətimiz tamamilə məlumdur, işğal edilmiş bütün Qarabağ torpaqlarının azad olunmasını dəstəkləyirik və xarici müdaxilələrə qarşıyıq.”

Təbrizin millət vəkili Azərbaycan dövlətinin və Milli Məclisinin inzibati komitəsinin hörmətsizlik edən deputata qarşı götürdüyü ölçünü yüksək qiymətləndirərək deyib: “Azərbaycan dövləti və Milli Məclisinin bu addımı bir dah sübut etdi ki, Azərbaycan bu açıqlamanı rəsmi tanımır və iki ölkə münasibətlərinin pozulmasını istəmir.”

O bildirib ki, bu kimi açıqlamalar İran-Azərbaycan münasibətlərinə xələl gətirməkdən əlavə, həm də İranın Qarabağın azad olunmasına dəstəyinə zərbə vurur.

Millət vəkili sonda İranın Bakıdakı səfirinə göstərdiyi fəallığa görə minnətdarlıq edərək deyib: “Cənab Musəvi iki qonşu ölkə arasında münasibətlərin genişlənməsi və güclənməsində çox yaxşı addımlar atmışdır. Ümidvarıq ki, İran və Azərbaycan xalqları və hökumətləri arasında münasibətlər daha da güclənsin və iki tərəfə layiq səviyyəyə çatsın.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button