Aktual

“Din Azərbaycan xalqının mədəniyyəti olduğu kimi həm də onların həyat tərzidir”

 Azərbaycan telekanallarında son zamanlar şou, əyləncə, musiqili verlişlərin təbliğ olunması və mənəviyyatsız serialların, filmlərin nümayiş etdirilməsi geniş bir hal alıb. Bu vəziyyət cəmiyyətin bütün təbəqələri tərəfindən narazılıqla qarşılanır.

Mövzu ilə bağlı İslaminsesi.az-a açıqlama verən Azərbaycan İslam Partiyası (AİP) sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli Azərbaycan xalqının etnik və sosial xüsusiyyətlərinə görə müxtəlif tərkiblərdən ibarətdir olduğunu bildirdi:

“Azərbaycan xalqı qədim mədəniyyətə, adət-ənənələrə malik olduğu kimi, həm də vətəndaşlarının çoxu müsəlmandır. Belə bir xüsusiyyətlər xalqda öz əskini tapdığı halda nəyə görə həmin mənəvi-əxlaqi dəyərlər ölkənin ictimai səhnəsində yer almır. Şübhəsiz ki, bu cür dəyərlərin təbliğ olunmasının başlıca amili televiziya kanallarıdır. Təəssüflər olsun ki, Azərbaycanda xalqının dini və bəşəri dəyərləri çox az halda televizya kanallarında nümayiş etdirilir. Bunun əvəzində isə xarici qüvvələrin maraqlarına xidmət edən verilişlər ardı-arası kəsilmədən ictimaiyyətə təqdim olunur.Teleklanallarda belə bir mühitin hökm sürməsi cəmiyyətimizdə böyük problemlərin yaranmasına gətirib çıxarıb. Bu gün Azərbaycanın teleməkanında efirə buraxılan şou xarakterli verlişlər işğalda olan torpaqların, şəhidlərin, qədim adət-ənənələrin, dini dəyərlərin Azərbaycan xalqının yaddaşından silinməsinə hesablanıb. Buna misal olaraq qeyd etmək istərdim ki, vətəndaşların Şəhidlər Xiyabanını ziyarət zamanı dini atributlardan istifadəsini televizya kanalları çəksə də nədənsə, efirdə bunlar öz əksini tapmır. Dini dəyərlərin təbliğ olunmasına mane olanlar bilməlidirlər ki, bu cür dini atributların televizya məkanlanında yayımlanması cəmiyyətin maariflənməsinə, mədəniyyətinə yüksək tövhə verən amillərdən biridir. Çünki din Azərbaycan xalqının mədəniyyəti olduğu kimi həm də onların həyat tərzidir.”

A.Heydərli qeyd edib ki, televiziya kanallarında dini dəyərlərin təbliğinə yer verilməməsi xarici qüvvələrin təsiri sayəsində baş verir. Onun sözlərinə görə Azərbaycanda özəl televiziyalar da dini təbliğatla məşğul omur.
“Buna baxmayaraq onlar müxalifət qüvvələrini Azərbaycan xalqının bir nömrəli düşməni adlandırır, hakimiyyətin isə zərərli və xeyirli işlərini ekranlarında təbliğ edirlər. Bunları nümayiş etdirən televizya rəhbərləri və hakimiyyət dairələri isə cəmiyyətin baxış bucağını nəzərə almır.

Cəmiyyət iqtidarın daxili və xarici siyasətini qiymətləndirə bilir.Televiziyalar isə baş verənlərin əksini nümayiş etdirdiyi halda cəmiyyətdə TV kanallarına olan etimad azalır. Bunun nəticəsində isə böyük fəsadlar törənir, izləyicilərdə xarici ölkələrin kanallarını izləmək istəyi yaranır. Xarici kanallarda isə Azərbaycan xalqının mentalitetinə zidd olan verlişlər nümayiş etdirilir. Hesab edirəm ki, Azərbaycan televiziya kanalları fəaliyyətləri ilə bağlı köklü islahalatlara getməli və xalqın, cəmiyyətin maariflənməsinə yardım edəcək verlişlər efirə buraxmalıdır”, deyə Heydərli yekunlaşdırıb.(Islaminsesi)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button