ArxivXəbər lentiXəbərlər

Deputatlar maaşlarını artırdılar

Nazim Bəydəmirli: ”Deputatların maaşı orta aylıq əmək haqqının 6 misli qədərdir”

Milli Məclisin deputatları maaşlarının artırılması üçün “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik ediblər.

Dəyişikliyə əsasən, parlamentin sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.

Bu məbləğ də nəzərə alınarsa, parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alacaq.

Dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq ediləcək.

Artımın məbləğindən narazı qalanlar da olub.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev deyib ki, onlar ən azı 8 min manat maaş almalıdırlar.

“Düşünürəm ki, bu artım yetərli deyil. Ona görə ki, ölkədə devalvasiya baş verib, əməkhaqqı vətəndaşların ləyaqətli həyatını təmin etməlidir. Dövlət qulluqçuları, ali hakimiyyət orqanlarının təmsilçiləri başqa qazanc və gəlirlər barədə düşünməməlidirlər. Hesab edirəm ki, əməkhaqqı ilə öz ailələrini layiqincə təmin etməlidirlər. Region ölkələrindən əməkhaqqına görə geri qalırıq”.

O deyib ki, bəzi qonşu dövlətlərdən isə əməkhaqqımız bir neçə dəfə aşağıdır.

Qüdrət Həsənquliyev foto google.azQüdrət Həsənquliyev foto google.az.

“Azərbaycan Prezident Administrasiyasının işçilərinin nə qədər maaş aldıqlarını bilmirəm, bu barədə məlumat verilsəydi, yaxşı olardı. Bizə verilən məlumata görə, hətta orada şöbə müdirinin əmək haqqı Milli Məclisin rəhbərliyinin əmək haqqından yüksəkdir. Düşünürəm ki, spiker 10 min, deputat isə 8 min manat maaş almalıdır”.

Qüdrət Həsənquliyev: “Maaşın 10 faiz artması kifayət deyil”

Milli Məclisin üzvləri “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edərək, maaşlarını artırıblar.

Qanunun 21-ci (Deputatın maddi təminatı) maddəsinə edilən dəyişikliyə əsasən, MM-in sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.
Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.
Bu məbləğ də nəzərə alınarsa, parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alacaq.

Bundan başqa, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Məhkəmələr və hakimlər haqqında” qanunlarına maaş artımlarını nəzərdə tutuan dəyişiklik edilib.

Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2 335 manat olacaq. Hazırda bu rəqəm 2 120 manatdır.

Konstitusiya Məhkəməsi sədrinin müavininin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 90 faizinə bərabərdir, yəni 2 101 manata qaldırılacaq.

Konstitusiya Məhkəməsi hakiminin aylıq vəzifə maaşı sədrin aylıq vəzifə maaşının 85 faizinə bərabərdir, yəni 1 985 manat olacaq.

“Məhkəmələr və hakimlər haqqında” qanunun 106-cı (Hakimlərin maddi təminatı) maddəsinə edilən dəyişikliyə əsasən isə, Ali Məhkəmənin sədrinə 2280 manat həcmində maaş veriləcək. İndiyədək bu rəqəm 2070 olub.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində, yəni 2052 manat maaş veriləcək.

Ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində, 1 824 manat əmək haqqı veriləcək.

Digər məhkəmələrin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində, yəni 1 596 manat maaş nəzərdə tutulur.
Bütün məhkəmələrin sədr müavinləri müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində, yəni 1436 manat maaş alacaq.

Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində, bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilib.

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna dəyişikliklə isə Ombudsmanın maaaşı 2025 manatdan 2230 manata qaldırılıb.

Maaş artımının həcmində narazı qalanlar da olub.

Belə ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev deyib ki, deputatların maaşı 8 min manat olmalıdır.

“Azərbaycan prezidentinin əmək haqqı 15 min manatdır. Fikrimcə, Baş nazir, spiker 10 min, deputatlar 8 min manat maaş almalıdır”.

O, fikrini belə əsaslandırıb ki, ölkədə devalvasiya baş verib. Onun sözlərinə görə, Azərbaycanda maaş, həmçinin deputatların əməkhaqqı region ölkələri ilə müqayisədə aşağıdır “Əmək haqları o həddə artırılmalıdır ki, insanlar başqa qazanc, gəlir mənbələri barədə düşünməməlidir. Korrupsiyanın qarşısının alınması üşün maaşlar artırılmalıdır .Əgər siz istəyirsinizsə ki, ölkədə korrupsiya, rüşvətxorluğa qarşı ciddi mübarizə aparılsın, onda nazirlərin, deputatların əmək haqlarını ciddi şəkildə artırmalıdıyıq. Necə ki, Sinqapurda nazir 100 min manat əmək haqqı alır, orta aylıq əmək haqqı 58 min dollardır. Mən bilmirəm, Prezident Administrasiyasının əməkdaşlıarı nə qədər maaş alırlar, hər halda bizə bu barədə məlumat verilsə, yaxşı olar. Bəziləri düşünürlər ki, deputatların maaşının artırılması əlavə narahatlığa səbəb ola bilər, ancaq mən belə düşünmürəm. Sadəcə vətəndaşlarla əlavə iş aparmaq lazımdır”.

Spiker O.Əsədov isə əməkhaqları arasında kəskin fərqin olmasının əleyhinə olduğunu bildirib.

Sabiq deputat, iqtisadçı-alim Nazim Bəydəmirli beynəlxalq təcrübədən çıxış edərək bildirib ki, ABŞ konqresmenləri, senatorlar, yaxud Gürcüstan deputatlarının maaşı azərbaycanlı həmkarlarından yüksəkdir.

Onun sözlərinə görə, xarici dövlətlərdə deputatın maaşı orta əməkhaqqının təqribən bir neçə dəfə artırımda olur. Ancaq bəzi ölkələrdə deputatın maaşı orta əməkhaqqından 5-10 dəfə çoxdur, bu, Şərqi Avropanın keçmiş sosialist və postsovet ölkələrində belədir, Azərbaycandakı durum da bu interval arasındadır.

“Oturuşmuş dövlətlərdə isə deputatın maaşı orta aylıq əməkhaqqından təqribən 3 dəfə fərqlənir”.

Ancaq Nazim Bəydəmirli hesab edir ki, belə təkliflər ictimaiyyətdə birmənalı qarşılanmır, qıcıq doğurur.

“Azərbaycanda orta aylıq əməkhaqqı təxminən 550 manatdır, ona görə seçicilər bu və ya digər formada deputatların maaşı məsələsi gündəmə gələndə süngüylə qarşılayırlar. Əslində, deputat seçicinin hüquqlarını tam müdafiə etmiş olsaydı, qanunverici hakimiyyət insanların həyatında dönüş yaratmağa cəhd etsəydi, bəlkə ictimaiyyət bu təklifləri anlayışla qarşılayardılar. Bundan əlavə deputata maaşından başqa fəaliyyətini həyata keçirmək üçün 50 faiz müavinət verilir. Sıravi deputat hazırda 2 min 598 manat maaş alır, əgər məzuniyyət, müalicə xərclərini nəzərə alınsa, 3 mindən çox maaş verilir. Bu, orta aylıq əməkhaqqının 6 mislidir. Ancaq müxtəlif ölkələrin təcrübəsi baxımından böyük rəqəm deyil. Məsələ ondadır ki, xarici ölkələrdə deputatların həm səlahiyyətləri genişdir, həm də maddi təminatları. Bu, eyni zamanda, deputatın müstəqilliyinin təminatıdır. Onlar hökumət üzvlərinə çox sərt etirazlarınl ifadə edirlər və dinləmələr keçirirlər, bu dövlətlərdə deputatın müstəqilliyi həm də maddi təminatdan keçir. Azərbaycanda əsk mənzərədir”.

Nazim BəydəmirliNazim Bəydəmirli.

Nazim Bəydəmirli bildirib ki, deputat olduğu zaman sadaladığı məsələləri gündəmə gətirsə də, nəzərə alınmayıb.

Onun sözlərinə görə, nazirliklərin, icra hakimiyyətinin aşağı səviyyədə olan məmurlarına belə xidməti avtomobillər verilir. Deputatların isə xidməti avtomobilləri yoxdur, yalnız köməkçisi büdcə hesabına saxlanılır.

O deyir ki, bizim kimi ölkələrdə müxtəlif vəzifələr ancaq tanışlıqla, tapşırıq və xahişlərlə həll olunduğundan deməli, deputatlar nazirlərdən asılı vəziyyətdə qalır, öz qohum əqrəbalarını işə düzəltmək üçün, müxtəlif imtiyazlar əldə etmək üçün müxtəlif nazirliklərə tez-tez müraciət edirlər, hətta bunu bəzi nazirlər qapalı iclaslarda onların üzünə də deyirlər:

“Məsələ ondadır, deputat hansısa qohumunu işə düzəltmək üçün hansısa nazirə zəng etmək məcburiyyətində qalır. Onlar seçicinin problemləri üçün nazirliklərə getmir, əksinə, qohumları üçün nələrsə edirlər. Bu məsələlər jurnalistlərin araşdırmalarında üzə çıxır, son hökumət üzvlərinin bir neçəsinin təyinatlarından sonra mediaya sızan məlumatlarda da dediyim məqamlar üzə çıxdı. Nəticə olaraq hətta ildə bir dəfə hökumətin hesabatı zamanı deputat nazirliklərə və nazirlərə irad tuta bilmirlər, bunu “gözükölgəlik” adlandırırıq. Bu mənada deputatların maddi təminatını və müstəqilliyinin artırılmasının tərəfindəyəm. Təəssüf ki, bəzi deputatlar öz statuslarını bilmədiklərindən maaşlarının artırılmasını hökumətdən xahiş edirlər. Halbuki, “Deputat statusu haqqında” qanuna görə onlar istənilən vaxtı bu məsələni gündəmə gətirib qərar qəbul edə bilərlər. Nə dərəcədə ölkənin vətəndaşlarının vəziyyətindən “fərqlənmək” istəyi o şəxslərin mənəvi durumuna bağlıdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button