ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Daha bir İslamçı məhbus həbsxanadan xəstəxanaya göndərilmir

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan məhbus Elman Ramiz oğlu Tağıyevin səhhətinin ağırlaşması ailəsinin narahatlığına səbəb olub.

Bu barədə Elman Tağıyevin ailəsi Rakurs.tv-yə müraciət edib.

Məhbusun yaxınları bildirir ki, bir aydan artıq müddətə xəstəliyinin Penitesiar Xidmətin Müalicə müəssisəsində alması ilə bağlı icazə verilməsinə baxmayaraq Elman Tağıyev heç bir səbəb göstərilmədən hələ də 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılmaqdadır.

Ailənin həbsxana rəhbərliyi də daxil olmaqla bütün əlaqədar təşkilatlara müraciətlərinə baxmayaraq o Müalicə müəssisəsində göndərilmir.

“Onun səhhətində ağırlaşmalar isə hər an daha gərgin hala gəlir. Otaq yoldaşlarının dediyinə görə üç gündür ki, o ağrıdan yata bilmir. Ayaqları tutulan Elman xüsusi allergik reaksiya səbəbindən dəhşətli qaşınmalar yaşayır. Bundan əlavə, gözlərindəki problemlər görmə imkanlarını məhdudlaşdırmaqla yanaşı, göz iltihabına da yol açıb. Bütün bu halları həbsxana rəhbərliyi müşahidə etsə də, sanki onlar qərəzli mövqe nümayiş etdirərək Elmanın ağrılarından zövq alırlar”, – deyə ailə üzvləri diqqətə çatdırıblar.

Elman Tağıyevin ailə üzvləri mövcud problemin aradan qaldırılması üçün çıxış yolları axtarmağa davam etdiklərini qeyd edirlər.

Xatırladaq ki, Elman Tağıyev 2012-ci ildə Livanın “Hizbullah” hərəkatı ilə əməkdaşlıq səbəbi ilə böyük sayda dəstə daxilində həbs olunaraq 15 il müddətinə azadlıqdan məhrum edilib.

Ailəsi ona qarşı qərəzli mövqeyi də məhz bu işlə əlaqəli olmaqda bilirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button