ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

“Dağlıq Qarabağın azərbaycanlı icması” ləğv edildi

İcma “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi və onun statusu anlayışının olmadığını bildirib.

Qafqaz.ir xəbər verir ki,Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ictimaiyyətə müraciətində bu icmanın ləğv edildiyini bildirib.

Müraciətdə 44 günlük müharibədən sonra Artıq “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi və onun statusu anlayışının olmadığı bildirilib.

Bəyanatda deyilir: Vətən Müharibəsindən sonra yaranmış yeni reallıqda “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” və “Dağlıq Qarabağ bölgəsinin erməni icması” anlayışları öz aktuallığını və ictimai əhəmiyyətlərini itirib. Bütün bunları nəzərə alaraq, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi 30 aprel 2021-ci il tarixdə iclas keçirərək, təşkilatın buraxılmasına qərar verib.

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının buraxılmasına rəğmən, hələ Qarabağ Azərbaycan Respublikasının nəzarətinə keçməyib və orada separatçı rejim keçmişdə olduğu kimi öz fəaliyyətini davam etdirir. Eyni zamanda azərbaycanlıların oraya qayıtmaları üçün də heç bir şərait müşahidə olunmur.

İcmanın bəyanatında Artıq “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin olmadığı bildirilsə də Ermənistan və Minsk qrupunun həmsədrlərinə görə Qarabağın statusu məsələsi hələ həll olunmayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button