ArxivXəbər lentiXəbərlər

Dərbənd şəhərində Xocalı soyqırımının 25-ci ildönümü qeyd olundu

Dərbənd Azərbaycanlıları Milli Mədəni Muxtariyyatının sədri Telman Tahirlinin FaktXəbər-ə verdiyi məlumata görə, dünən Dərbənd şəhərinin Cümə məscidində Xocalı soyqırımının 25 illiyi münasibəti ilə tədbir keçirilib, şəhidlərin ruhuna dualar oxunub. Tədbirdə Dağıstan Respublikası başçısının Cənub Dairəsi üzrə nümayəndəsinin müavini Tadjuddin Sultanov, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Dağıstan Respublikası üzrə nümayəndəsi Şixabuddin Kərimov, Dərbəndin Cümə məscidinin imamı Seyid Haşim Mirteyyubov və ictimai-siyasi xadimlər iştirak ediblər. 
 
Şixabuddin Kərimov çıxışında erməni birləşmələrinin cinayətkar əməllərindən, dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərdən danışıb. Bildirib ki, onlar azərbaycanlı olduqlarına görə öldürülüblər.
 
Seyid Haşim Mirteyyubov isə Xocalı hadisələri barədə xatirələr danışıb. O qeyd edib ki, Dağıstan azərbaycanlıları Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz həllini tapacağına, Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyinə böyük ümid edirlər.

 
 
 
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button