ArxivXəbər lentiXəbərlər

“”Ərəb Baharı” İran İnqilabının dünyadakı nəticəsi idi”

“Ərəb Baharı”nın baş verməsi sadəcə ABŞ, İsrail, İngiltərə üçlüyünün dünyada törətdiyi fəsadlar kimi dəyərləndirilməməlidir. Eyni zamanda İslam dünyasında bir oyanışın və İran İslam İnqilabının dünyadakı təsirlərinin təzahürü kimi öz əksini tapmalıdır. Çünki məhz bu oyanışdan qorxuya düşən imperialist qüvvələr inqilabların istiqamətini dəyişməyə, mahiyyətini təhrif etməyə və daha ciddi, uzunmüddətli münaqişələr yaratmağa başladılar”.

Bu fikirləri “İslaminsesi” nə müsahibəsində Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli deyib. O, bildirib ki, “Ərəb Baharı” nın başlanmasını İslami Oyanış hərəkatının davamı kimi dəyərləndirilə bilər: “Bu oyanışlardan qorxuya düşən, dünya düzənində yeni dəyişiklərin baş verəcəyindən narahatlıq keçirən böyük güclər, prosesləri öz istədikləri istiqamətə yönəltməyə cəhd göstərdilər və buna qismən nail oldular. İstər Misirdə, istər Liviyada, istərsə də digər Ərəb ölkələrində böyük güclər qismən hədəflərinə yetişsələr də, əslində İslami oyanışı məhv edə bilmədilər”.

Rövşən Əhmədlinin sözlərinə görə, nə “Ərəb Baharı”, nə də dünyada böyük güclər tərəfindən törədilən digər hadisələr sionist-İsrail rejiminin, eləcədə ABŞ və Qərbin törətdiyi cinayətləri arxa plana keçirmir: “Sadəcə burada zaman məsələsi mühüm rol oynayır. Zaman gəlincə cinayətlərin cəzası mütləq veriləcək., Haqq-ədalət öz yerini tapacaq. Bunu bütün imperialist qüvvələr dərk etsələr də, reallıqla barışmaq istəmirlər. İmperialist qüvvələr İslamdan fobia düzəltmək, insanları həqiqi İslamdan uzaqlaşdırmaq məqsədi güdsələr də, bütün bunlar nəticə verməyəcək. Çünki Allah öz dinini qoruyur”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button