ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Əmir Abdullahiyan: Qonşu dövlətlərlə münasibətlərin inkişaf etdirilməsi yeni hökumətin xarici siyasət kursunun prioritet istiqaməti olacaq

Qonşu dövlətlələrlə münasibətlərin inkişaf etdirilməsi yeni hökumətin xarici siyasət kursunun prioritet istiqaməti olacaq.

Qafqaz.ir xəbər verir ki, bu sözləri İranın yeni xarici işlər naziri Əmir Adbullahiyan parlamentdə çıxışı zamanı deyib.

Qeyd edək ki, yeni seçilən prezident İbrahim Rəisi yeni kabinetdə təmsil olunacaq nazirlərin siyahısını təsdiq olunması üçün İran İslam Şurası Məclisinə (Parlamentə) təqdim edib. Ə.Abdullahiyanın xarici işlər naziri vəzifəsinə namizədliyi parlament tərəfindən təsdiq olunub. Yeni nazir ona göstərilən etimada görə parlament üzvlərinə təşəkkür edib və İranın gələcək xarici siyasət kursu barədə danışıb.

Yeni nazir bildirib ki, İran yaxın qonşusu olan dövlətlərlə iqtisadi və siyasi əlaqələrini daha da möhkəmləndirməlidir. Bu istiqamətdə praqmatik addımlar atılacaq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri daha da genişləndiriləcək.

İran Səudiyyə Ərəbistanı ilə münasibətləri inkişaf etdirmək niyyətindədir. Onun sözlərinə görə regionun bu iki müsəlman dövlətinin yaxın əməkdaşlığı bölgəmizə sülh və əmin-amanlıq gətirəcək. Mövcud problemləri müzakirə edib aradan qaldıra bilərik. Nazir nəzərə çatdırıb ki, XXI əsr Asiyanın inkişafı ilə xarakterizə olunur. Asiyada iqtisadi cəhətdən böyük yol keçərək inkişaf edib qüdrətlənən dövlətlərin meydana çıxdığına şahidlik edirik. Bu dövlətlərə iqtisadi və siyasi sahələrdə əməkdaşlıq yalnız faydalı ola bilər. Asiya dövlətləri də İran ilə əlaqələri genişləndirmək istəyirlər və qarşılıqlı əməkdaşlıq üçün İranın böyük potensialı var.

Ə.Abdullahiyan qeyd edib ki, iqtisadi sanksiyaların aradan qaldırılması istiqamətində gərgin fəaliyyət göstərəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button