ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Beynəlxalq ticarətdə arbitraj və vasitəçilik mərkəzinin yaradılması haqda İran-Türkiyə razılığı

İran İslam Respublikası ədliyyə nazirinin insan hüquqları və beynəlxalq məsələlər üzrə müavini beynəlxalq ticarətdə arbitraj və vasitəçilik mərkəzinin yaradılması haqda İran-Türkiyə razılığı və iki ölkə arasında cinayətdən irəli gələn əmlak və aktivlərin geri qaytarılması haqqında müqavilənin bağlandığını bildirib.

Qafqaz.ir-nin məlumatına əsasən, İran İslam Respublikası ədliyyə nazirinin insan hüquqları və beynəlxalq məsələlər üzrə müavini Mahmud Abbasi və Türkiyə Respublikası ədliyyə nazirinin beynəlxalq məsələlər üzrə müavini Orhan Kuş iki ölkənin birgə hüquq və məhkəmə komitəsinin həmsədrləri kimi, beynəlxalq ticarətdə arbitraj və vasitəçilik mərkəzinin yaradılması və iki ölkə arasında cinayətdən irəli gələn əmlak və aktivlərin ekstradisiyası haqqında müqavilənin bağlanması barədə razılığa gəliblər.

İki ölkə arasındakı geniş ticari və iqtisadi mübadilələr həcminə işarə edən Mahmud Abbasi İran və Türkiyə prezidentlərinin/ əlaqələrin bütün sahələrdə genişləndirilməsi, inkişaf etdirilməsi və dərinləşdirilməsi,/ iki ölkə tərəfindən beynəlxalq ticarət məsələlərində vasitəçilikdə Sinqapur sənədinin imzalanması,/ azxərcli və sürətli həll yolları kimi, arbitraj və vasitəçilik yolları ilə iki ölkənin iş adamları və biznesmenləri arasındakı ixtilafların həll edilməsi üzrə əzmkarlığına toxunub və türkiyəli həmkarına beynəlxalq ticarətdə arbitraj və vasitəçilik mərkəzinin yaradılması və iki ölkə arasında cinayətdən irəli gələn əmlak və aktivlərin geri qaytarılması haqqında müqavilənin bağlanması təklifini verib.

Təklif Türkiyənin ədliyyə nazirinin müavini Orhan Kuş tərəfindən müsbət qarşılanıb və məsələnin diplomatik kanallar vasitəsilə ən qısa zamanda gündəmə gətirilməsi qərara alınıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button