ArxivXəbər lentiXəbərlər

Çeçen lider ABŞ-ı tənqid atəşinə tutdu: Əsədin nəyinə gərəkdir…

Çeçenistan Prezidenti ABŞ-ı Suriyaya endirdiyi zərbələrə görə sərt tənqid etdi.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Çeçenistan Prezidenti Ramzan Kadırov ABŞ-ın Suriyadakı hərbi bazaya endirdiyi raket zərbələrini kəskin şəkildə pisləyib və rəsmi Vaşinqtonun bu addımları ilə terrorçuların yolunu açdığını qeyd edib.

“Onların hərbi gəmilərindən atılmış raketlər dinc sakinlərin qanını töküb və (bu addımları ilə) İŞİD üçün səxavətli hədiyyə ediblər – (Suriya Prezidenti Bəşər) Əsədin taqətdən düşmüş ordusu 10-dək (hərbi) təyyarəsindən məhrum olub. Terrorçuların yolu açılıb. ABŞ heç vax (heç bir) xalqa sülh və azadlıq gətirməyib. Onların təqsiri üzündən milyonlarla vyetnamlı, əfqan, iraqlı, liviyalı həlak olub. Xirosima və Naqasakini də bombalayan onlar olublar. Lakin dünya ABŞ-a qarşı səs çıxarmağa cürət etmir. Hamı susur, ya da “təəssüf” sözləri ilə kifayətlənirlər.”, – deyə Kadırov “Instagram” səhifəsində yazıb.

Kadırov ABŞ-ın Suriyaya endirdiyi raket zərbələrini təhdid və beynəlxalq hüquq normalarının pozuntusu adlandırıb. O, qeyd edib ki, kimyəvi hücum insidenti ilə bağlı Suriya hökumətinin günahı sübuta yetirilməyib.

“Axı, bu silahlardan Əsədin əmri ilə istifadə edildiyini sübut edən dəlillər hanı? Əgər Əsəd özü üçün ən kritik zamanlarda belə kimyəvi silahdan istifadə etməyibsə, (İdlibə) kimyəvi hücum etmək onun nəyinə gərəkdir? Kimyəvi hücumla Əsəd nə qazanır? O bilir ki, bütün dünya belə bir addımı qınayacaq, bilir ki, özünə qarşı sərt addımlar atıla bilər.”, – deyə çeçen lider qeyd edib.

Onun fikrincə, ABŞ rəhbərliyinin Suriyadakı hərəkətləri və dinc insanların ölümü nə Avropa Parlamentini, nə də AŞPA-nı narahat edir. Halbuki, onlar “Rusiyanın hər bir asqırığına da” rekasiya verirlər. Çeçenistan başçısı həmçinin Suriya münaqişəsinin həll edilməsi istiqamətində Rusiyanın da rolunu qeyd edib. Onun sözlərinə görə, Rusiya “koalisiyanın bütün ölkələrinin edə bilmədiyini, təkbaşına edə bilib”: İŞİD terror təşkilatı zəiflədilib, danışıqlar prosesi start götürüb, şəhərlər azad edilir, əhaliyə yardımlar edilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button