ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Çavuşoğlu və Lavrov taxıl dəhlizi məsələsini müzakirə ediblər

Qafqaz.ir/ trthaber-ə istinadla xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Qeyd olunur ki,  tərəflər taxıl dəhlizi məsələsini müzakirə ediblər.
Xatırladaq ki, bu ilin iyulunda İstanbulda Qara dəniz limanlarından Ukrayna taxılının daşınması, eləcə də Rusiya ərzaq məhsullarının və gübrəsinin beynəlxalq bazarlara çıxarılmasına dair saziş imzalanıb. İmza mәrasimdә Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi Antonio Quterreş, Rusiya və Ukrayna nümayəndə heyətləri iştirak ediblәr.
Qeyd edək ki, Rusiya oktyabrın 29-da Ukraynadan taxıl məhsullarının ixracına dair razılaşmanı qeyri-müəyyən müddətə dayandırdıqlarını açıqlayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button