ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bıçaqlanan Əhli-beyt (ə) məddahı Hacı Zahir Mirzəvinin əməliyyatı başa çatıb YENİLƏNİB1

Əhli-beyt (ə) məddahı Hacı Zahir Mirzəvi

 hazırda Hacı Zahirin Sabunçu Rayon Xəstəxanasında cərrahiyyə əməliyyatı başa çatıb. Əhli-beyt (ə) məddahının hələ ayılmadığı, lakin əməliyyatdan sonra həyatına hər hansı təhlükə olmadığı bildirilir.

Hacı Zahir Mirzəvinin yaxınlarından saytımıza bildiriblər ki, hələ ki baş vermiş hadisənin motivlərini müəyyənləşdirmək mümkün olmayıb. “Hacı bir qədər olar əməliyyatdan çıxıb, hələ ki, özünə gəlməyib, ona görə özündən olanlar haqda nəsə öyrənə bilməmişik. Nə vuranları görən olub, nə də niyə belə bir hadisənin baş verməsi haqda heç kimdə bir məlumat yoxdur”, – deyə mənbəmiz bildirib.

Əməliyyatdan sonra Əhli-beyt (ə) məddahı Hacı Zahir Mirzəvi xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 – – – – – – – – – – – – – – –

2021-03-15 17:45:34

1985-ci il təvəllüdlü Hacı Zahir Mirzəvi kimi tanınan Mirzəli Hacızahir Gülbala oğlu dostları ilə birgə Nərimanov rayonu ərazisində olarkən  tanımadığı şəxs tərəfindən bıçaqla vurulub.

Ağır xəsarət alan yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nərimanov rayonu 16-cı polis bölməsində araşdırma aparılır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button