ArxivXəbər lentiXəbərlər

Cəbhəçilər Bakıda etiraz aksiyası keçirdilər VİDEO

Bu gün Xalq Cəbhəsinin bir qrup gənc üzvü Ədliyyə Nazirliyinin qarşınıda etiraz aksiyası keçirib. Etiraz aksiyası partiyanın sədr müavini Gözəl Bayramlıya həbsxanada işgəncə verilməsi və işgənccəyə bənzər davranışa görə keçirilib.

Bayramlıya qarşı qeyri-insani rəftara son qoyulmasını tələb ediblər. Etirazçılar G.Bayramlının fotosu əks olunmuş plakatlar qaldırıblar, “Azadlıq!”, “Gözəl Bayramlının dərmanlarını verin!”,

“Siyasi məhbuslara azadlıq!”, “İşgəncələrə son!” şüarlarının səsləndiriblər.

Məlumdur ki, uydurma ittihamlarla həbs edilən Gözəl Bayramlıya saxlandığı təcridxanada zəruri dərman preparatları verilmir və bu da onun səhhəti üçün ciddi təhlükə yaradır. Gözəl Bayramlıya dərmanların verilməməsi ilə bağlı məsələ artıq bir aydan çoxdur ki, həm vəkillərin vəsatətlərində, həm də ictimai müzakirələrdə təsbit edilib. Cəbhəçi gənclər də buna görə aksiya keçiriblər. Aksiyaya polis müdaxiləsi olub. 7 nəfər saxlanılıb və bir müddət sonra sərbəst buraxılıblar.

Bir qup cəbhəçi AXCP sədr müavini Gözəl Bayramlının həbsxanada işgəncələrə məruz qalmasına etiraz olaraq Ədliyyə nazirliyi önündə aksiya keçirib.

Publicerat av Azadlıq Qəzeti den 24 juli 2017

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button