Aktual

“Azad Araz zonasında 243 şirkət fəaliyyətə başlayıb”

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri bildirib ki, dünyanın 22 ölkəsindən 243 şirkət Azad Araz zonasında öz fəaliyyətinə başlayıb

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri bildirib ki, dünyanın 22 ölkəsindən 243 şirkət Azad Araz zonasında öz fəaliyyətinə başlayıb.

İranın Bakıdakı səfiri Möhsün Pakayin MediaForum saytına müsahibədə Azad Araz zonasının genişliyinə toxunaraq deyib: Bu azad zona Culfadan başlayıb Biləsuvar və Ərdəbilə qədər davam edir. Bu layihə sona çatmışdır. Bəzi hissələri fəaliyyət göstərir və bəzi hissələri də tədricən yekunlaşacaq.

“Bəzi Azərbaycan şirkətləri qeydiyyata alınıb və öz fəaliyyətlərini başlayıblar. Lakin mövcud imkanları nəzərə alaraq bu zonada daha çox Azərbaycan şirkətinin iştirakını gözləyirik” –deyə İran səfiri söyləyib.

Pakayinin sözlərinə görə, Azad Araz zonasında fəal 243 şirkətdən 140 şirkət ticarət sektorunda, qalanı isə, xidmətlər, texnika, mühəndislik, turizm və digər sahələrdə çalışır.

Səfir deyib: Bu azad zona şəraiti və gömrük vergilərindən azad olunduğu görə investor şirkətləri üçün ticarət sahəsində çox münasib və sərfəlidir. Strateji baxımdan da Qafqaz, Avropa və Asiyanı birləşdirən yerdə qərarlaşıb. Türkiyəyə çox yaxındır, habelə İranın cənub sahilləri vasitəsi ilə də Fars və Oman körfəzinə birləşə bilər.

İranın Bakıdakı səfiri Azad Araz zonasının Azərbaycan şirkətləri üçün imtiyazları barəsində də deyib: Bu zonada Azərbaycan şirkətləri üçün çoxlu imkanlar mövcuddur. Bəzi azərbaycanlı iş adamı bu layihəyə diqqət yetirir. Azad Araz zonasının rəhbəri Ramazan ayından sonra Azərbaycana səfər edəcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button