ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bu illərdə düşmənlər dəfələrlə məğlub olublar

İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı vurğulayıb ki, bu illərdə düşmənlər dəfələrlə məğlub olublar və hərbi müharibə və İŞİD-lə mübarizə bu qəbildən olubdur.
General pasdar Salami bu gün “Vilayət sayəsində qüdrət” adlı konfransda bildirib ki, bu gün düşmənlərin hədəfi, İran İslam İnqilabını aradan götürməkdir və diqqət etməliyik ki, şərait adi olmayıb, həssas və təyinedicidir.
O, söyləyib: Dünyadakı bütün düşmənlər İrana qarşı meydana giriblər və düşmənin bu iştirakı aydındır.
İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı bildirib ki, İran İslam Respublikası ilə mübarizə meydanında sionistlər, Amerika, İngiltərə, Fransa və səudiyyə də görünürlər.
O, deyib: Düşmənlər söylədikləri yalanlara inanıblar. Onlar öz yalanlarının ilk qurbanıdırlar. Əlbəttə, düşmənlər göstərdiklərindən daha kiçik qüdrətə malikdirlər.
Sepah-ın baş komandanı söyləyib: Bu gün hərbi təhcizat və ehtiyacları özümüz düzəldirik ki, əgər sanksiya olmasaydı, bu nailiyyətləri əldə etməz və güclü olmazdıq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button