ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Bu gün məhərrəm ayının beşidir, günün tarixi hadisələri

Hicri-qəməri təqvimi ilə bu gün 1443-ci ilin məhərrəm ayının 5-ə təsadüf edir.

Qafqaz.ir  xəbər verir ki, əhli-beyt aşiqləri məhərrəm ayı başlayandan Aşura faciəsilə bağlı bir sıra əzadarlıq mərasimlərini keçirirlər. Məhərrəm ayının beşi də digər günlər kimi Kərbəla qiyamının fərqli qəhrəmanlarının anıldığı gündür.

Belə bir gündə İmam Hüseynin karvanı Kərbəla çölündə artıq mühasirəyə alınma vəziyyətinə salınmışdı. Bu gündən başlayaraq digər bölgələrdən İmam Hüseynin karvanına qoşulmalaların qarşısının alınması üçün Yezid ibni Müaviyənin İraqdakı ordusu tərəfindən xüsusi göstərişlər verilmişdi.

Kərbəla qiyamı misilsiz qəhrəmanlıqların yaşandığı bir tarixi hadisədir. Əza saxlayan müsəlmanlar Məhərrəm ayının beşində Kərbəlanın daha bir qəhrrəmanını anırlar. Burada İmam Hüseyn fədakarlığı, həzrət Zeynəb dözümü, Əli-Əkbər şücaəti, vicdanının səsinə səs verən Hürr tövbəsi ilə yanaşı ölümü baldan da şirin bilən həzrət Qasim ibni Həsənin qorxmamazlığı da var.

İmam Hüseyn Aşuradan öncə 14 yaşlı qardaşı oğlu Qasimə deyir;

Əzizim ölümə necə baxırsan?! O deyir; Əmi can mən ölümü baldan da şirin bilirəm. Cavabında İmam Hüseyn buyurur; Elə isə əzizim sən sabah şəhid olacaqsan.

Müsəlmanlar məhərrəmin əzadarlığında hər bir gündə bir Kərbəla qəhramanını andıqları kimi bu ayın beşində də həzrət Qasimi anırlar. Həzrət Qasim əmisi oğlu Əliyyi-Əkbərdən sonra döyüş meydanına yollanan ikinci Kərbəla qəhramanı idi. Qeyri bərabər döyüşdə Yezid ibni Müaviyənin ordusunun komandiri Ömər Səd 14 yaşlı uşağın öldürülməsi üçün xüsusi əmr verir. Tarixi faktlara görə Ömər Sədin ordusunda olan Xəvaricdən biri Əzrəq Şaminin qrupu Qasimin öldürülməsi üçün özəl əmr alırlar. Onlar Qasimi çoxsaylı əsgərlərlə mühasirəyə alıb, sonra təkləyib atdan salır və onu qətlə yetirirlər.

Məqtəl yazarları bildirir ki, Qasimin ölümü İmam Hüseyni oğlu Əliyyi-Əkbərin ölümündən daha çox narahat etmişdi. Çünki o qardaşı İmam Həsənin əmanəti idi!

Aşura günün qəhrəmanlarının adlarını təkcə tarixdə deyil, əsərləri dövlət varidatı olan dahilərimizin kitablarında da görürük. Xurşidbanu Natəvan, Məhəmməd Fizuli, Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani və sair şairlərimiz Aşuraya çatanda təkcə İmam Hüseynin adını çəkmirlər. Onlar İmam Hüseynin gənc qəhrəmanı Əli-Əkbərin, İmam Həsənin oğlu Qasimin, hətta kiçik yaşlı Rüqəyyə, Səkinə və Əli-Əsğərin adlarını da əsərlərinə salıb və oz yaılarını bu şəxslərin adı ilə müzəyyən ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button