ArxivSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

Bu gün, İranda “təbiət günü”dür +VİDEO

 İranlılar yeni günəş ilinin 13-cü günündə gözəl və bəyəniləsi adətə görə, yaşıllıqların qoynuna gedirlər ki, təbii nemətlərdən ləzzət almaqla yanaşı, ailələri və qohumlarının kənarında sevinclə dolu, yaddaqalan bir gün keçirmiş olsunlar.

Hər ilin 13 fərvərdin günü novruz tətillərinin sonuncu günü olub, “sizdəh bedər” adlandırılır. Belə ki, qədim iranlılar ilin on iki ayını xatırladan on iki gün bayram və şadlıqdan sonra novruzun 13-cü günündə bağ və səhralara gedərdilər ki, bayramın sonuncu gününü təbiətdə,/ yaşıllıq, bitkilər, bulaq və çayların axar sularının kənarlarında keçirmiş olsunlar.

Qədim zamanlardan bəri təbiətə hörmətlə yanaşan İran xalqı onun qorunması və təmiz saxlanılmasına səy göstəribdir.

İranlıların novruz bayramının 13-cü günündəki gəzintisi dünyada ən böyük gəzintidir və bu gündə özəl şənlik və mərasimlərin keçirilməsi, qədim və tarixi köklərə malikdir.

İran xalqı müxtəlif tarixi dövrlərdə novruzu yaranış və varlığın başlanması bayramı və onun sonunu, fərvərdin ayının 13-ü hesab edərdi. Bu gün, iranlılar üçün son dərəcə mübarək bir gündür.

İranlılar həmçinin novruzun 13-cü günü mərasiminin keçirilməsini Allah-Taalanın nemətlərinin qədrinin bilinməsi üzrə hərəkət sayır və təbiətin dirçəliməsinə tamaşa etməyi qiyamət və məadın nişanəsi hesab edirlər.

İranlı qövmlər öz yerli mədəniyyət və adət-ənənələrinə uyğun olaraq, bu gündə xas mərasimlərə malikdirlər. Sizdəh bedər adətlərindən, səməni düyünləmə və səməninin çaya atılmasını misal göstərmək olar.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button