ArxivIslamXəbər lentiXəbərlər

Bu gün hicab şəhidi Hacı Vaqif Abdullayevin ildönümüdür – FOTO

AİP sədrinin müavini Vaqif Abdullayevin həbsxanada vəfatından 5 il keçdi. O, 2012-ci ilin iyul ayının 12-də  Pentensiar Xidmətinin Müalicə müəssisəsində dünyasını dəyişib.

Vəfatından bir gün öncə ailəsi onunla görüşmək istəsə də, buna şərait yaradılmamışdı. Səhhətində olan problemlərə görə vəkili bir neçə dəfə əlaqədar orqanlara onun ev dustaqlığına buraxılması üçün müraciət etmişdi, amma müraciətlər cavabsız qalmışdı.

AİP rəhbərliyi Vaqif Abdullayevin müalicəsində edilən səhlənkarlığa görə, onun həbsxanada dünyasını dəyişməsini dəfələrlə bildiriblər.

Xatırladaq ki, Vaqif Abdullayev 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi.

AİP-in sədr müavini olmuş Vaqif Abdullayevin vəfatının ildönümü ölkə ruhaniləri, inanclı kəsimi, dostları və ailə üzvləri tərəfindən qeyd edilib. Azərbaycan İslam Partiyasının rəhbərliyi və funksionerləri də bu münasibətlə hicab şəhidinin məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar və ruhuna dualar oxuyublar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button