ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

Bu gün Həzrət Əli Əkbərin (ə) mövlud günüdür

...Bu gün müsəlmanların üçüncü imamı Həzrət İmam Hüseynin (ə) böyük oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür

Bu gün müsəlmanların üçüncü imamı Həzrət İmam Hüseynin (ə) böyük oğlu Həzrət Əli Əkbərin (ə) mövlud günüdür.

 

İnterAz xəbər verir ki, Həzrət Əli Əkbər (ə) Şaban ayının 11-də dünyaya göz açıb. Onun mövludunun dəqiq ili isə bəlli deyil.

 

Tarixçilər hicrətin 61-ci ili Məhərrəm ayının 10-da Kərbəlada şəhid olmuş Peyğəmbər (ə) övladının həmin vaxt 19, 20, 32 və hətta 38 yaşında olduğunu qeyd edirlər.

 

Həzrət Əli Əkbər (ə) İmam Hüseynin (ə) böyük oğlu olduğu üçün ona “Əli Əkbər”, yəni “böyük Əli” deyilir. Əli Əkbərin (ə) kiçik qardaşlarının da adları “Əli” olub: Əli Əvsət (İmam Zeynulabidin (ə) – “ortancıl Əli”) və Əli Əsgər (ə) (“kiçik Əli”). İmam Hüseynin (ə) 6 aylıq kiçik oğlu da Kərbəlada şəhid olub.

 

İslam mənbələrinə əsasən, Həzrət Əli Əkbər (ə) istər zahirən, istərsə də davranışları və əxlaqı ilə İslam Peyğəmbərinə (ə) çox bənzəyirmiş. Deyilənlərə əsasən, bu oxşarlıq o həddə çatıb ki, İmam Hüseynin (ə) övladı Kərbəlada meydana gedərkən düşmən qoşununda təşviş yaranıb. Onlar Əli Əkbəri görərkən Peyğəmbərin (s) özünün meydana çıxdığını zənn ediblər.

 

Kərbəlada İmam Hüseynin (ə) qardaşı Həzrət Abbas (ə) və oğlu Əli Əkbər (ə) qadın və uşaqların mühafizəsinə rəhbərlik ediblər, suyun qarşısının düşmən tərəfindən kəsilməsinə baxmayaraq, böyük şücaət nümayiş etdirərək, mühasirədə olanlara su gətirirdilər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button