ArxivXəbər lentiXəbərlər

Qüreyşi: Azərbaycan müsəlmanları Netanyahunun Bakıya səfərinə mane olsunlar

Urmiyanın imam cüməsi deyib: “Əli müsəlmanların qanına bulaşmış cinayətkarı qarşılamaq onun cinayətlərinə şərik olmaq vəAllaha qarşı çıxmaqdır”.
Qafqaz Mədəniyyət Mərkəzi – Vəliyyi-fəqihin Qərbi Azərbaycan üzrə nümayəndəsi və Urmiya şəhərinin imam cüməsi höccətül-islam Seyid Mehdi Qüreyşi cümə namazı xütbələrində deyib: “Tələbə gününün əsas devizi “Amerikaya ölüm”dür. Bu günün tələbə günü adlanmasının səbəbi inqilabın ilk günündən Amerikanın İran xalqı ilə düşmənliyidir. Ancaq bəziləri bu gündən inqilab əleyhinə istifadə etməyə cəhd edir”.
Xətib, Netanyahunun Bakıya səfərinə işarə edərək deyib: “Əli müsəlmanların qanına bulaşmış cinayətkarı qarşılamaq onun cinayətlərinə şərik olmaq vəAllaha qarşı çıxmaqdır”.
Urmiyanın imam cüməsi müsəlmanları yəhudilərlə dostluqdan çəkindirən ilahi kəlama da işarə edırık əlavə edib: “Aşura günü imam Hüseynin (ə) nidası bu idi ki, dininiz yoxdursa, heç olmasa bu dünyada azad insanlar olun. Azərbaycan ölkəsinin müsəlmanları bu məsələyə diqqət etsinlər və Netanyahunun Bakıya səfərinə mane olsunlar”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button