AktualAktualArxivXəbər lentiXəbərlər

Biləsuvarın imam cüməsi: Netanyahunun Azərbaycana səfəri bu ölkə başçılarının alnında rüsvaylıq ləkəsidir

Biləsuvarın imam cüməsi deyib: Azərbaycan Respublikasının din mütəxəssisləri bu suala cavab versinlər ki, Aşura günü və İslam Peyğəmbərinin (s) vəfatı günü televiziyadan verilən verlişlərlə həmin günlərin hörməti saxlanıldımı?
Qafqaz Mədəniyyət Mərkəzi – Biləsuvarın imam cüməsi bu həftənin cümə namazı xütbələrində Biləsuvar əhalisinin Suriyanın Hələb şəhərinin müharibə qurbanlarına yardım etdiklərinə görə onlara minnətdarlıq edib. İmam cümə əlavə edib: “İŞİD-i yaradan İsrail Azərbaycan Respublikasına səfər etmək niyyətindədir. Bu səfər dünyanın ikinci şiə ölkəsi olan Azərbaycan Respublikasının dövləti üçün rüsvaylıqdır”.
Xətib Bakı dövlətinin sionist rejim başçısına bu ölkəyə səfər etməyə icazə verməsi kimi nəhs hərəkətindən təəssüfləndiyini bildirərək deyib: “İran və Rusiya ölkələri İsrailin hansı məqsədlə bu məntəqəyə gəlməsinə diqqət yetirməlidirlər”.
Azərbaycan Respublikası dövlətinin islamofobiya hərəkətlərindən narahat olan imam cümə deyib: “Əhalisinin çoxu şiə olan bir ölkənin televiziyasında İslam Peyğəmbərinin (s) şəhadət günü qeyri-münasib verlişlər verilir”.
Höccətül-islam Qiyasi bütün media və müxbirlərdən istəyib ki, Azərbaycanın din məsələləri ilə məşğul olan məsullardan bu sualı soruşsunlar: “əgər sizin əqidənizcə İslam dinində İslam Peyğəmbərindən (s) üstün bir şəxs yoxdursa, bəs onda nə üçün Peyğəmbərin (s) vəfatı gecəsi və günü televiziya kanallarında münasib olmayan film və şoular göstərilir?”
Xətib sonda əlavə edib: “Onların din mütəxəssisləri bu suala cavab versinlər ki, Aşura günü və İslam Peyğəmbərinin (s) vəfatı günü televiziyadan verilən verlişlərlə həmin günlərin və gecələrin hörməti saxlanıldımı?”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button