ArxivXəbər lentiXəbərlər

Azərbaycan Respublikasında müxalif jurnalistə 9 il həbs hökmü verilib

Azərbaycan Respublikası dövlətini tənqid edən bir jurnalist 9 il müddətində azadlıqdan məhrum edilib.

FransPress-in verdiyi məlumata görə, bir rayon məhkəməsi Azərbaycan Respublikası rəsmilərinin korrupsiya əməllərini öz internet portalında ifşa etmiş , Xalq Cəbhəsi Partiyasının üzvü olan Elçin İsmayıllıya Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılmışdı.

Jurnalistin vəkili Elçin Sadıqov bu ittihamları əsassız hesab edərək müvəkkilinə çıxarılan hökmün qanunsuz və ona qarşı cinayət işinin saxta olduğunu deyib və müvəkkilinin həbs edilməsinin əsas səbəbinin onun dövlət məmurlarının korrupsiya əməlləri barədə ifşaedici məlumatlar yayması olduğunu bildirib.

Sərhədsiz Reportyorlar Təşkilatı Elçin İsmayıllının həbsini pisləmişdir.

Həmin təşkilat 2017-ci il mətbuat azadlığı barədə hesabatında Azərbaycan Respublikasının 180 ölkə arasında 162-ci yerdə durduğunu bildirmişdi.

Azərbaycan Respublikası dövləti qeyri hökumət təşkilatlarının qınaq hədəfindədir və onlar bu dövləti müxalifətdə olan hüquq müdafiəçilərinə qarşı repressiyada ittiham edirlər.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button