ArxivXəbər lentiXəbərlər

Komitə: `Məhərrəmliklə bağlı tədbirlər qanunlara uyğun şəkildə keçirilməlidir`

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) qazısının təşkilatçılığı ilə Lənkəran şəhər “Cümə” məscidində Məhərrəmlik ayına həsr edilmiş tədbir keçirilib.
qafqaz.ir faktxeber-dan aldiyi xebere gore Tədbirdə çıxış edən QMİ-nin qazısı Qəni Axundzadə İslamın elm, mədəniyyət dini olduğunu, həmiçinin dünyəvi dəyərləri özündə ehtiva etdiyini bildirib. Q.Axundzadə Məhərrəmlik tədbirlərinin QMİ-nin fətvasına uyğun şəkildə, xurafata yol vermədən keçirilməsininin vacibliyini vurğulayıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov dövlət-din münasibətlərindən bəhs edərək ölkəmizdə tolerant və multikultural dəyərlərin tarixi köklərinin olduğunu, dözümlülük və dini tolerantlığın həyat tərzimizə çevrildiyini vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button