AktualAktualArxivIslamNardaranXəbər lentiXəbərlər

Behruz Mənsuri: “Əslində onlar Tale Bağırzadənin azad ruhundan qorxurlar”

  • İranın Bicar şəhərinin şəhid Bahünər adına orta məktəbində islam inqilabının 40 illiyi ilə əlaqədar keçirilən tədbirdə siyasi məhbus hacı Taleyə həsr olunmuş mərasim keçirilib. 
 məktəbin direktoru Behruz Mənsuri çıxışında deyib ki, Azərbaycanda islamın əzilməsi və islamçılara qarşı divan tutulması illər uzunu davam edib və bu gün də davam edir: “Hacı Tale Bağırzadə eynilə şeyx Zakzaki, şeyx Nimr, şeyx İsa Qasim kimi öz ölkəsində İslam hüquqlarının və insan haqlarının tapdanmasına etiraz etdiyi üçün həbs edilib və bu günə qədər də işgəncələrə məruz qalır.
Zindanda hacı Taleni qandallamaqla zalımlar sübut etməyə çalışır ki, onun zəif çəlimsiz bədınindən belə qorxurlar.
Əslində onlar hacı Talenin azad ruhundan və böyük düşüncəsindən qorxduqlarını dünyaya sübut etdilər. Onun ruhunu və təfəkkürünü zəncirləyə bilmədiklərindən qisası cismindən alırlar”.
Behruz Mənsuri çıxışının sonunda bildirib ki, hacı Talenin və digər iki əqidə yoldaşının zindanda aclıq aksiyasına bu etirazı ilə dəstək verməyə çalışır və dünya mediasını, eyni zamanda yerli medianı bu haqsızlığı işıqlandırmağa dəvət edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button