ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Baydenin proqnozu yalan çıxdı, müharibə bu gün başlamadı

Rus qoşunları sərhəddən əsaslı şəkildə geri çəkilməyib

Rusiya Müdafiə Nazirliyi ötən gün “təlimlər üçün” Ukrayna sərhədləri istiqamətində cəmləşdirilmiş qoşunların daimi dislokasiya yerlərinə geri qayıtmağa başladığını açıqlasa da situasiyanı yaxından izləyən ekspertlər əslində vəziyyətin dəyişmədiyini bildirirlər. Onlar qeyd edirlər ki, hazırda Ukrayna sərhədlərindən əsgərlərin və texnikanın geri çəkilməsi baş vermir. Üstəlik son günlər sərhədyanı rayonlara qoşun cəmləşdirilməsi daha da intensivləşib. Habelə Belarus ərazisində, hazırda Rusiya ilə birgə təlimlərin keçirildiyi rayonlara aid olmayan ərazilərə də hərbi qüvvələrin cəmləşdirilməsi müşahidə olunur.

Bu arada “The Financial Times” isə yazır ki, Rusiya Ukraynaya hücum edib Kiyevi tutandan sonra orada özünün oyuncaq hökumətini quracaq.

Ukrayna ilə bağlı həyəcanlı iddialardan biri də Estoniya Xarici Kəşfiyyat Xidmətinin rəsmi hesabatında irəli sürülüb. Bildirilib ki,

Rusiya Ukrayna ərazisinə fevralın sonlarında hücum edəcək. Belə ki, hərbi hazırlıq başa çatdıqdan sonra əməliyyata başlamaq üçün yalnız siyasi qərar tələb olunacaq.

Kəşfiyyat hücumun fevralın 16-da baş tutmamasına səbəb kimi isə Rusiya ordusunun hazır olmamasını göstərib.

Bu arada Ukrayna hökuməti mülki əhaliyə təsir edə biləcək genişmiqyaslı fövqəladə hallar üçün NATO-dan beynəlxalq yardım istəyib. Ukrayna, həmçinin NATO-dan yüzdən çox yolsuzluq avtomobili, minatəmizləmə avadanlıqları və radiokimyəvi kəşfiyyat vasitələri tələb edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button