ArxivXəbərlər

Banklar xalqın qanını içir

images

Sələmçilik mövcud olmayan və ya daha dəqiq desək görüllməmiş bir iş üçün tələb olunan haqqdır. Dövlətə külli miqdarda kreditlər verərək onu iqtisadi müstəqillikdən tədricən məhrum edirlər.

Bir zamanlar filmlərin ən populyar mövzusu olan bankların qarət olunması hadisəsi, bu gün real olaraq yer dəyişmişdir. Yəni rol dəyişənkliyi bankları qarətçi halına gətirmişdir. Müasir fırıldaqçılar dəri gödəkçələr geyinmiş sirli gənclər deyil. Onlar ağ varatnikli səliqəli və qanuni idarə işçiləridir.
Banklar əsl qaniçənlərdir. Onlar rəhmsizcə xalqı qarət edirlər. Bu maliyyəçiləri yalnız bir şey maraqlandırır: Nəyin bahasına olursa olsun pul əldə etmək! Liberal nəzəriyyənin də öyrətdiyi bu deyilmi? “Pul hər şeydir, yerdə qalanlar isə əfsanədir”.
Xatırladaq ki, sələmçilik həm xristianlıqda, həm də İslamda böyük günahlardan biri hesab olunur. Allah bu işi iyrənc bir hərəkət kimi birbaşa qadağan edib. Sələmçilik mövcud olmayan və ya daha dəqiq desək görüllməmiş bir iş üçün tələb olunan haqqdır.
Allah konkret olmayan, fyuçers iqtisadiyyata və bazara qadağan qoyub.(Fyuçers bazarı- elə bir bazardır ki, burada gələcəkdə qiymətli kağızların və yaxud maliyyə bazarında real surətdə satılan digər maliyyə alətlərinin müəyyən müddətə göndərilməsi üzrə müqavilə ilə ticarət həyata keçirilir). Yəni edilməmiş bir iş və yetişdirilməmiş məhsula görə pul almaq olmaz. Bu firildaqçılıq və aldatmadır. Sələmlə alınmış pul havaya görə ödənilmiş vergiyə bənzəyir. Mənəviyyatdan uzaq olacaq qədər absurd!
Banklar nəinki sadə insanları, hətta dövlətləri belə yoldan çıxaracaq qədər ağıllı və bacarıqlıdırlar. Əvvəl ehtiyacı olana kreditlər verir, sonra onları faizə boğurlar. Hətta gizlin faizlər də mövcuddur ki, biz onları hiss etmirik.
Özlərini “ekspert” və ya “iqtisadiyyatçı” adlandıran beynəlxalq fondlar kasıb ölkələri inandırmağa çalışırlar ki, liberal islahatlar çox vacibdir. Amma faktiki olaraq onları radikal iqtisadi islahatlara məcbur edirlər və bunu dövlətin kasıb təbəqələrinə sosial dəstək kimi sırıyırlar. Əslində isə həmin dövlətə külli miqdarda kreditlər verərək onu iqtisadi müstəqillikdən tədricən məhrum edirlər. Kasıb ölkələrin hökumətləri kreditorlara elə astronomik rəqəmlərlə ilişirlər ki, bunu ödəmək sadəcə olaraq qeyri-real olur. Onlar isə girov olaraq hər şeyi- təbii sərvətləri, torpağı, sənaye obyektlərini götürürlər. Hətta bütün hər şeyi- hər hansı vaciblik və ya əhəmiyyət kəsb edən istənilən şeyi götürə bilərlər. Və iqtisadiyyat nə vəziyyətə qalır? İqtisadiyyat iflic vəziyyətə düşür.
Beynəlxalq strukturların malyyə köpəkbalıqları özlərini yerli hökumətlərin “mütəxəssis- məsləhətçiləri” halına gətirir və onlara səmimi bir sahib kimi öz məsləhətlərini verirlər. Hökumətin özü isə hər hansı bir qərar qəbul etmək qüvvəsində olmur və tamamilə maliyyə quzğunlarının dimdiyinin altına düşür. Və budur acı son: İqtisadiyyatla siyasəti tabe edirlər. Klassik janr.
ABŞ bu şəkildə neçə belə dövlətin dizini yerə gətirə bilib. Müqavimət göstərənləri isə toz kimi sildilər, bombaladılar, çevrilişlər etdilər. Vətandaş müharibələrini alovlandırdılar və sonda iflas etdirdilər.
Kimlər ki bu təzyiqlərə dözə bildi, onları da zəhərləməyə başladılar. Onları izqoy, ekisterimist və şər məhvəri adlandırdılar. Bu planlar qərinələrin məhsuludur. Baxın, bu “Liberal terorizm” adlanır. Afrikanın 90%, Asiyanın bir çox dövlətləri və Latın Amerikası bu sistemin girovlarına çevriliblər ki, onlar artıq “Liberal buldozer”lə idarə olunurlar.
Venesuelada Çavesin hakimiyyətə gəlməsi ilə, İranda 1979-cu il inqilabı ilə, bir sıra dövlətlər isə baş verən bəzi hadisələrlə özlərində qüdrət taparaq bu zəhəri damarlarından xaric edə biliblər. Axı bu hadisələrə qədər ABŞ bu dövlətlərdə özünü mütləq ağa kimi hiss edirdi. Onun şirkətləri bu ölkələrin neftini sorur, silah ticarəti milyonlar qazandırır, konsessiyaları isə hər kəsi sıxışdırcaq bir qüvvə ilə fəaliyyət göstərirdi. İndi bu ölkələr demək olar ki dünyadaki müqavimət hərakatının şah damarıdır. Bu şah damar ABŞ qanunsuzluğuna və onun əlaltılaına qarşı sarsılmaz halda dayanıblar. Alternatıv qütb isə hələki dondurulmuş haldadır…

Ülviyyə Tahir

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button