Aktual

“Nardaran işi-3″də ittiham edilənlər karsa salındı-VİDEO

2015-ci ilin oktyabr-noyabr aylarında Nardaran hadisələri ilə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyev mayın 1-də karsa salınıb.

“Nardaran işi-3″də ittiham olunanların karsa salınma səbəbi isə mayın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə hakim Zeynal Ağayevin özbaşınalığına etiraz etmələri olub. Hakim Z.Ağayev itiihham olunan şəxslərin cəzalanmasını tələb edib. 

İttiham olunanların vəkilləri Akif Əliyev, Rüstəm Zülfüqarov və Şəhla Hümbətovanın vetenugrunda.az-a verdiyi xəbərə görə, digər ittiham edilənlər 2-3 saatlığa karsda saxlandıqdan sonra öz kameralarına qaytarılsa da Zülfüqar Mikayılov, Ramil Seyfullayev və Ruzi İsmayilov 3 gündür karsdadırlar.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ilin oktyabr-noyabr aylarında Nardaran hadisələri ilə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Elman Ağayev ifadə verib.

Məhkəmə başlasa da hakim Zeynal Ağayevin mikrafonu işləməyib. Təqsirləndirilən şəxslər və onların vəkilləri bu problemin həll edilməsini xahiş etdikdən sonra texniki işçilər bu problemi həll etməyə çalışsalar da nə hakimin, nə də şahidin səsi eşidilməyib.

Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Elman Ağayevin səsinin eşidilməməsini zalda oturanlar, təqsirləndirilən şəxslər və jurnalistlər dəfələrlə hakimin diqqətinə çatdırsalar da tədbir görülməyib. Texniki problemləri aradan qaldırmaq əvəzinə hakim Zeynal Ağayev “Vetenugrunda.az” saytının müxbiri Arzu Abdullanın zaldan çıxarılmasını tələb edib. Səbəb isə jurnalistin şahid qismində iştirak edən Elman Ağayevin səsinin eşidilmədiyini hakimin diqqətinə çatdırması olub.

Hakimin jurnalistə qarşı kobud rəftarına “Vetenugrunda.az” saytının baş redaktoru Rövşən Əhmədli etiraz edəndə hakim Rövşən Əhmədlinin zaldan çıxarılmasını tələb edib. O, R.Əhmədli barəsində xüsusi qərardad çıxarıb, həmin qərarın icra edilməsi üçün Mətbuat Şurasına göndəriləcəyini bildirib.

Hər iki jurnalistin zaldan çıxarılmasına təqsirləndirilən şəxslər etiraz ediblər, onlar medianın posesdə iştirakını tələb ediblər, əks halda prosesin təxirə salınmasını istəyiblər.
Hacı Zülfüqar Mikayılzadə hakimə bunun məqsədli şəkildə edildiyini bildirib və qeyd etdib ki, jurnalistlər zala qaytarılmasa, məhkəmə olmayacaq.
Jurnalistlərin zala qaytarılmadan keçirilən məhkəməyə etiraz olaraq, Hacı Zülfüqar, Seyyid Elman və digər ittiham olunanlar üzlərini divara çevirib, əllərini qaldıırıb, ard-arda, uca səslə zalımların məhvinə dualar oxumağa və hamını ucadan Amin deməyə çağırıblar.
Zalı alimlərin “İlahi, zalımları məhvi-nabud elə, Amin” səsləri bürüyüb.
Hakim zalı tərk etməyə məcbur oldub.
Məhkəmə 8 may, saat 11:00-a təxirə salınıb.(vetenugrunda.az)

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button