Arxiv

Bakılıların vəziyyəti

374972_2602024689677_1226618491_3055483_2105514382_n

Bakı ətrafında olan kəndlərdə yaşayan yerli admların hamısı İlham Əliyevin o qədər dəhşətli zülmünü görüblər ki, onların hələ də əlinə silah alıb, rejimə qarşı müharibə etməməsi təəccüb doğurur.

Dekabrın 23-də prezident İlham Əliyev, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda çıxış edib.

Dövlət proqramı 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafını təmin etməli idi. Çıxışında İlham Əliyev qeyd etdi ki, Bakı ətrafında yerləşən qəsəbə və kəndlərdə dövlət proqramı çərçivəsində çox böyük işlər görülüb, bura yolların çəkilməsi, qaz, elektrik və su xətlərinin çəkilməsini misal göstərmək olar.

İlham Əliyevin çıxışının 98 faizinin ağ yalan olduğunu desək bəlkə çox az şey demiş olarıq.

İlham Əliyevin rəhbərlik etdiyi rejim o qədər böyük və çox cinayətlər, ağır cinayətlər törədib ki, bəlkə yüz il də ağır cəza çəksə yenə də az olar. Bu gün Bakı ətrafında olan kəndlərdə yaşayan yerli admların hamısı İlham Əliyevin o qədər dəhşətli zülmünü görüblər ki, onların hələ də əlinə silah alıb, rejimə qarşı müharibə etməməsi təəccüb doğurur.

Həqiqət bundan ibarətdir ki, Bakı kəndlərinin heç bir sosial problemi həll olunmayıb, onların olan qalan bütün infrastrukturları İlham Əliyev tərəfindən məhv edilib, əllərində olan torpaq sahələrinin hamısını İlham Əliyevin rəhbərlik etdiyi rejimin cinayətkar məmurları zorla alıb, buna etiraz edən vətəndaşları ya öldürüblər, ya həbsə atıblar. Bir az fərasəti olan bakılılar isə Azərbaycandan canını güclə götürüb qaçıb Rusiyaya.

Şüvəlan, Mərdəkan, Buzovnada yerli adamların bağ yerləri vardı, müxtəlif zamanlarda səhər durub görürdülər ki, İlham Əliyevin məmurları xalqın yüz illərdir sahibi olduqları hasarları qoyurlar bulduzerlərin altına, nəfəsləri evlərə düşəndə də evləri qoyurlar bulduzerlərin altına. Evin içində adam, it, qoca, körpə, hamilə qadın var yoxdur, onların maraqlandırmır, canını qurtarmaq istəyən evdən bayıra çıxır qaçır. Bu cür bağların, evlərin ələ keçirilməsi polisin müşayəti ilə baş verir, yəni ki, haqqı tapdanıb özü hər şeyini itirən məzlum adamlar polisə şikayət etməyə heç əsas da görməyəcəklər, məhkəmələrin isə adını belə çəkməyə dəyməz.

Özü də bir dəfə ilə də iş bitmir, məsələn, Hacıbala Abutalıbov özünü üçün dəbdəbləli villa tikdirmək üçün iki məzlum ailənin evini və bağını məhv etdi, bir neçə ildən sonra həmin ailənin qonşuluğunda olan ailələrin bağlarına nəfs saldı onları məhv etdi ki, gəlini üçün villa tiksin, daha sonra bacısı üçün, bir sözlə, bütün məmurlar məzlum sadə ailələri məhv edib onların var yoxunu əlindən alırlar ki, özləri, oğlanları, qızları, bacıları üçün xoşbəxtlik qursunlar.

Bu minvalla İlham Əliyev hakimiyyəti bütün Bakı kəndlərinin xalqını tamamilə məhv etdi. Bəzən deyirlər ki, kəndlərin arasında Nardaran müqavimətinə görə fərqlənir. Ancaq əslində bu o qədər də həqiqətə uyğun deyil. Naradaranda yerli adamlar dini əqidələrini qoruya bilir, İslamı qoruya bilir, ancaq mallarını, mülklərini İlham Əliyev onların əlindən almaq istəyəndə nardaranlıların göstərdikləri müqavimət mülklərini qorumaq üçün yetərli olmur, təcrübə də bunu deyir. Bu vaxta qədər bir neçə dəfə olub ki, nardaranlıların əlindən torpaq sahələrini alıblar, onlar da bununla bağlı etiraz aksiyası keçiriblər ancaq heç bir nəticə əldə edə bilməyiblər.

İlham Əliyevin qudası Araz Ağalarov Nardaranda, nardaranlıların dədə baba torpaqlarında böyük bir əyləncə mərkəzi tikdirdi, hər cür fitnə fəsadın dolu olduğu bir mərkəz idi ki, onun elə fitnəsi özü nardaranlılar üçün bir odu idi. Nardaranlıların bununla bağlı apardıqları etiraz bir nəticə verdimi? Xeyr. Çünki ruhən güclü olan, imanlı nardaranlıların nəticə əldə etmələri üçün təkcə əqidə yetərli deyil. Bakının digər kəndlərində Nardarandakı qədər müqavimətin olmaması burdakı yerli əhalinin torpaqlarının əlindən çıxması planında nardaranlılardan heç nə ilə fərqlənmir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button