ArxivXəbər lentiXəbərlər

Bakıda “Novruz xalqlar arasında dostluq körpüsüdür” adlı konfrans keçirilib

Dünyanın müxtəlif ölkələrinin nümayəndələrinin iştirakı ilə Bakıda “Novruz xalqlar arasında dostluq körpüsüdür” adlı konfrans keçirilib.

IRIB-nin Bakı ofisinin məlumatına görə, bu konfransda Hindistan, Misir, Yaponiya və Azərbaycan Respublikasının nümayəndələri öz ölkələrində novruz adət-ənənələrini şərh edərək, bu mərasimi dostluqlarla yanaşı həyatın başlanması simvolu adlandırıblar.

İran İslam Respublikasından da İranın Bakıdakı səfirliyinin mədəniyyət attaşesi İbrahim İbrahimi bir çıxışda İranda novruzun müxtəlif cəhətlərini açıqlayıb və bildirib ki, bu mərasim hazırda müxtəlif ölkələrdə müxtəlif qaydalarda və hər məntəqəyə xas adət-ənənələrlə yanaşı keçirilir və dostluq, sülh və təhlükəsizlik bu mübarək günün müxtəlif xalqlara olan mesajlarındandır.

Konfransın kənarında müxtəlif ölkələrin iştirakı ilə onların novruz ilə bağlı simvollar, sovqatlar və əl işləri sənayesi əsərlərindən ibarət sərgi tamaşaçıların nəzərinə çatdırılır.

İranın yeddi sin süfrəsi, əl işləri sənayesi məhsulları, mədəni əsərləri və İran İslam Respublikasında novruzun nişanəsi olan digər məhsullar bu sərginin İran pavilyonunda nümayiş etdirilən əsərlərdən olaraq, geniş tamaşaçı rəğbətilə üzləşiblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button