ArxivXəbər lentiXəbərlər

Bakıda “İslam- sülh və dostluq dini” konfransı keçirilib

Azərbaycan Respublikasından olan bir qrup dindar və mütəfəkkirin iştirakı ilə Bakıda “İslam- sülh və dostluq dini” konfransı keçirilib.

IRIB-nin Bakı ofisinin məlumatına görə, bu konfrans İslam dininin sülh və dostluq müraciətini dünya xalqlarına çatdırmaq hədəfilə İranın Bakıdakı səfirliyinin mədəniyyət mərkəzinin zalında keçirilib və onda natiqlər Qurani-Kərimin nöqteyi-nəzərindən sülh və dostluq, Quranı dərindən öyrənmək vacibliyi, müsəlmanların birliyi mehvəri kimi İslamın əziz Peyğəmbəri(s.ə.s)-in xüsusiyyətlərini nümunə götürmək, Qurani-Kərimin nöqteyi-nəzərindən qadınların hüquqları və İslam düşmənlərinin nə üçün bu sülh və dostluq dini ilə mübarizə aparmaları barədə çıxışlar ediblər.

Konfransda həmçinin İslam düşmənlərinin bu müqəddəs dini pis göstərmək sahəsindəki fitnələri, onların müsəlmanlar arasında təfriqə salmaları, bu şeytani fitnələr ilə mübarizədə müsəlmanların sayıqlığı və birliyi zərurəti konfrans iştirakçıları üçün bəyan edilib.

Bu konfrans Əhli-Beyt(ə)-in vəsfində mədhiyyəçiliklə yanaşı olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button