ArxivXəbər lentiXəbərlər

Bakıda işğalçı İsrailin milli bayramı

Bəlkə işğalçı ermənilərin də “milli bayramı” qeyd edilsin?!
 
Bakıda işğalçı İsrailin milli bayramı… Bəlkə işğalçı ermənilərin də “milli bayramı” qeyd edilsin?!

İşğalçı İsrailin, işğala məruz qalan Azərbaycan Respublikasında öz işğalçılığına bəraət qazandıran bayram keçirməsi nə qədər məntiqə uyğundur?

Mayın 4-də İsrail Dövlətinin Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin 69-cu ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

AZƏRTAC-ın verdiyi xəbərə görə, İsrailin Azərbaycandakı səfiri Dan Stav çıxış edərək ölkəsinin inkişaf yolundan danışıb, ötən illərdə iqtisadi və mədəni sahələrdə böyük uğurlara nail olunduğunu vurğulayıb.
Səfir İsrail ilə Azərbaycan arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrdən söhbət açıb. O, dost ölkələr olan İsrail və Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək deyib ki, qarşılıqlı səfərlər, yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin daha da inkişafına əlverişli zəmin yaradır. Diplomat Azərbaycanda yaşayan bütün xalqlar, eləcə də yəhudilər üçün yaradılmış şəraitə və yüksək səviyyəli tolerantlığa görə təşəkkürünü bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov əlamətdar gün münasibətilə Azərbaycan hökuməti adından İsrail xalqını təbrik edib. O, əmin olduğunu bildirib ki, Azərbaycan-İsrail dostluq münasibətləri getdikcə daha da möhkəmlənəcək.

Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Daima dünya gücləri tərəfindən ikili standartlara məruz qalaraq ədalətsizliklə üzləşən Azərbaycan Respublikasının özünün işğal və işğalçılığıa qarşı ikili standartlara yol verrib, 70 ildir müsəlman Fələstin xalqının torpaqlarını zəbt etmiş və fələstinlilərin qanunu dövlətlərini məhv edib yerində qeyri-qanuni sionist rejimi yaratmış qaniçən sionistlərin cinayətlərinə bəraət qazandırması – öz ərazisində müsəlman torpaqlarının işğal edilməsinin 69-cu ildönümünü qeyd etməsi nə dərəcədə məntiqə uyğundur?

Ermənilər Qarabağı necə işğal edibsə, yəhudilər də paytaxtı Qüds olan Fələstin dövlətini o cür işğal edib. Məgər işğalın “qanuni” və ya “qeyri-qanuni” növləri var?! BMT adlı – müsəlmandan savay bütün dünya əhalisinin hüququnu qoruyan ədalətsiz təşkilatın hansısa işğalçı rejimi “qanuni dövlət” kimi tanıması işğala bəraət qazandırırmı? Sabah BMT ermənilərin işğalına haqq qazandıraraq qondarma “Dağlıq Qarabağ Respublikasının” bir dövlət kimi tanısa, biz də bu ədalətsizliklə barışıb Bakıda ermənilərin qondarma işğalçı dövlətlərinə bayram keçirməliyik?!

Hər bir dövlət ilk növbədə öz xalqının maraqlarını qorumalıdır. Amma işğalçı İsrail rejiminin Bakıda həyasızcasına öz işğalına haqq verən bayramını keçirməsi, işğala bəraət qazandırmaq deməkdir və işğala məruz qalmış Azərbaycan dövlətinin və xalqının maraqlarına uyğun deyil. Əksinə işğalçının maraqlarına xidmət edir. Bu bir həqiqətdir və kimsə bu həqiqətə hansısa bir don geyindirə bilməz!(islamtimes.org)

Həmid Türki

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button