ArxivIslamXəbər lentiXəbərlər

Bakıda Həzrət İmam Rzanın (ə) səadətli mövludunun ildönümü şənliyi

Vilayət və İmamət səmasının 8-ci parlaq ulduzunun səadətli mövludu şənliyi Bakıda Şəhriyar evində Həzrət İmam Əli İbn Musa Ər-Rzanın (ə) vurğunlarının iştirakı ilə keçirilib.

İRİB-in Bakıdakı nümayəndəliyinin məlumatına görə, bu mərasimdə şairlər Həzrət İma Rzaya (ə) sevgilərini öz şerləri ilə bəyan edib və məddahlar da bu münasibətlə məddahlıq ediblər.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi Əsğər Farsi də bu mərasimdə Xorasanın parlaq günləşinin imaməti dövrü barəsində çıxış edib və Rəzəvi mədəniyyətinin genişləndirilməsini vurğulayıb.

Xatirələrin qeyd olunması, fotoqraflıq və nəğmələr üzrə keçirilən müsabiqənin qalibləri də bu mərasimdə mükafatlandırılıb.

Mərasimin kənarında İmam Rzanın (ə) ziyarətgahnın 50 şəkli və o imamla bağlı kitablar maraqlananların diqqətinə çatdırılıb.

Sərgilənən tablolar İmam Rzanın (ə) ziyarətgahı zəvvarları və aşiqlərin sevgisini əks etdirirdi. Bu da mərasim iştirakçılarının rəğbətinə səbəb olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button