ArxivXəbər lentiXəbərlər

Bakıda aptekdə psixotrop maddələr satılır?- VİDEO

Bakıda apteklərin birində psixotrop maddələrin reseptsiz satılması barədə sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə və narahatlığa səbəb olub. Vətəndaş çəkdiyi videoda Nobel prospektində yerləşən aptekdə psixotrop maddə sayılan tramadolun yeniyetmələrə reseptsiz şəkildə satıldığını iddia edir. Əməkdaşlarımız bu gün həmin iddia ilə bağlı sözügedən aptekdə olublar. Qarşılaşdıqları mənzərə isə sizi də təəccübləndirəcək.

Əlində psixotrop maddə olan tramadolun boş qabını tutan vətəndaş qarşıdakı aptekdə bu dərmanın resept tələb edilmədən yeniyetmə və gənclərə satıldığını deyir.

Sözügedən video ilə bağlı biz də həmin aptekə baş çəkdik. İlk baxışdan adi aptek təəssüratı yaratsa da, ətrafında olan mənzərə tamam fərqli təsir bağışlayır.

Ətrafda yaşayan sakinlər də yaranan bu mənzərədən narahatdırlar. Sakinlər hər axşam aptekin qarşısının yeniyetmələrlə dolu olduğunu və onların “tramadol” adlı dərmanı rahatlıqla əldə etdiyini deyirlər.

Vətəndaşlar deyirlər ki, aptekdə adi başağrı dərmanını belə tapmaq mümkün deyil. Lakin nə tapılmasa da, psixatrop maddələr bu aptekdə hər zaman tapılır.

Maraqlısı burasındadır ki, çəkiliş apardığımız zaman adi başağrı dərmanının belə satılmadığı aptekin qarşısı bir dəqiqə belə müştərisiz qalmırdı. Qapının bağlı olmasına baxmayaraq, dəqiqələrlə aptekin qabağında gözləyənlər belə var idi.

Qeyd edək ki, bu barədə ilk xəbərdarlıq Almaniyada yaşayan siyasi mühacir Tural Sadıqlıdan gəlib. O, Bakıda apteklərdən birində açıq-aşkar psixotrp maddələrin reseptsiz satışı haqqında sosial şəbəkədəki səhifəsində yazdıqdan sonra aptek bağlanıb.

Tural Sadıqlının statusunu olduğu kimi təqdim edirik: “İki gün öncə narkotik tərkibli dərmanların lisenziyasız və reseptsiz satışıyla məşğul olan bir aptek barədə mənə göndərilən videonu instagramda paylaşdım, apteki məcbur olub bağladılar. Sonra gedib xəzərtv də çəkib… Deyirlər, aptek sahibi məni söyür. Əli ibn Əbu Talib deyir ki, nə qədər haqqı danışdım, o qədər düşmən qazandım.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button