ArxivIslammədəniyyatQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bakı və İrəvanın sülh və dostluğa doğru hərəkəti istiqamətində real addım atılıb

İran xarici işlər naziri üç üstəgəl üç formatında xarici işlər nazirlərinin ilk iclasının keçirilməsindən sonra təşkil olunan mətbuat konfransında sözügedən iclasda aparılmış məşvərətləri açıqlayıb və müxbirlərin suallarını cavablandırıb.

Hüseyn Əmir-Abdullahiyan Zəngəzur dəhlizi, həmçinin Ermənistan və Azərbaycan Respublikası xarici işlər nazirlərinin Tehran iclasında iştirak etmələri barədəki sualın cavabında söyləyib: Ermənistan və Azərbaycan Respublikası xarici işlər nazirlərinin Tehranda bir-birinin kənarında olmaları iki ölkənin sülh və dostluğa doğru hərəkəti istiqamətində real və bariz bir addım idi. İclasın kənarında da fürsət yarandı ki, iki ölkənin xarici işlər nazirləri bir-biri ilə danışıq aparmış olsunlar.

İran xarici işlər naziri əlavə edib: Bu iclas bir zəmin yaratdı. Ümid edirik ki, həmin çərçivədə tez bir zamanda Cənubi Qafqazda stabil sülh və təhlükəsizliyin bərqərarının şahidi olacağıq. Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə suverenliyini rəsmən tanıması, Azərbaycanın da Qarabağ bölgəsində yaşayan ermənilərin qorunması və təhlükəsizliklərinin təmin edilməsini öz əsas məsuliyyəti kimi elan etməsi, müsbət bir addımdır. Ümid edirik ki, tez bir zamanda Ermənistanla Azərbaycan arasında yaxşı bir razılaşmanın şahidi olacağıq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button