ArxivXəbər lentiXəbərlər

Bakı İran Astarası dəmiryolu xətti və yük stansiyasının bir hissəsini icarəyə götürüb

Azərbaycan Respublikasının Dəmiryolu Təşkilatının sədri deyib: İran və Azərbaycan arasında imzalanmış anlaşma sənədinə əsasən Azərbaycanın Dəmiryolu Təşkilatı İran Astarasında yerləşən və uzunluğu 1.4 km olan dəmiryolu xəttini 15 il müddətinə, 4 yük terminalını istə 25 il müddətinə icarəyə götürür.

AzərTac-ın verdiyi məlumata görə, Cavid Qurbanov Rusiyanın Dəmiryolu Təşkilatının sədri Olqa Bluzyorov ilə görüşdə Azərbaycan və Rusiya arasında dəmiryolları şəbəkələrinin habelə, dəmiryolu ilə yük və sərnişin daşıma sahəsində əməkdaşlıqların genişləndirilməsi ilə bağlı danışıqlar aparmaqla yanaşı, Şimal-Cənub dəhlizinin icra prosesləri barədə də rusiyalı həmkarını məlumatlandırıb və deyib: “Astaranın yük terminallarının quraşdırılması və istismarı” layihəsinin icrası ilə bağlı İran və Azərbaycanın əlaqədar qrumları arasında müqavilə imzalanıb. İran Astarasında uzunluğu 1.4 km olan dəmiryolu xəttinin çəkilməsi habelə, yüksək tutumlu 4 yük terminalının inşası Azərbaycanın Dəmiryolu Təşkilatının əməkdaşlığı ilə icra ediləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button