ArxivXəbər lentiXəbərlər

Bakı Beynəlxalq Tikinti Sənayesi Sərgisi işə başladı \ İran sərgidə geniş iştiraka malikdir

Bakıda 310 xarici və yerli şirkətin iştirak etdiyi Beynəlxalq Tikinti Sənayesi Sərgisinə start verilib. Sərgidə İran şirkətləri də aktiv iştiraka malikdirlər.

İRİB-nin verdiyi məlumata görə, bu beynəlxalq sərgidə 28 ölkə və 310 şirkət iştirak edir. Sərgidə iştirak edən şirkətlər tikinti sənayesindəki ən son yenilikləri və öz məhsullarını nümayiş etdirirlər.

Keramika, kaşı, bəzək daşları, qapı və pəncərələr, dekorasiya vasitələri və müxtəlif növlü rənglər bu sərgidə nümayiş etdirilən məhsullardırlar.

İran İslam Respublikası bu sərgiyə 7 şirkət ilə qatılıb. Sərgidə iştirak edən iranlı şirkətlər armatur, metal vərəqələr, istilik sistemləri, havalandırma sistemləri, kaşı, keramika və izolyasiya sistemlərinə şamil olan məhsullarını nümayiş etdirirlər.

Sərgidə iştirak edən İran şirkətləri Xəzər dənizi ətrafında yerləşən ölkələrin tikinti bazarına daxil olmağı bu beynəlxalq sərgidə iştirakın əsas məqsədi elan ediblər.

Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov sərginin açılış mərasimində çıxışı zamanı, bu sərgini Azərbaycanın qeyri-neft sektorunun inkişafında təsirli adlandırıb və bəzi ölkələrin o cümlədən İranın bu sərgidə aktiv iştiraka malik olmasına işarə edərək, deyib: 28 ölkə və 310 şirkətin bu sərgidə iştirak etməsi, sərginin region ölkələri, xüsusilə qonşu ölkələr arasındakı əməkdaşlıqların genişləndirilməsindəki rolunun önəmindən xəbər verir.

İran İslam Respublikasından 36 nəfərlik bir ticarət və sənaye heyəti İranın tikinti və texniki-mühəndislik xidmətləri komissiyasının sədr müavini Hüseyn Vüsuqinin rəhbərliyi ilə bu sərgiyə qatılıb. Tikinti və mühəndislik xidmətləri üzrə əlaqələrin və əməkdaşlıqların genişləndirilməsi və möhkəmləndirilməsi məqsədi daşıyan bu səfər çərçivəsində İran heyəti əməkdaşlıqların genişləndirilməsi yollarını araşdırıb.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button