ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Müxtəlif ölkələrdə Fələstinə dəstək aksiyaları keçirilib

Almaniya, İrlandiya və İsveçrə xalqlarından minlərlə nəfər sionist rejimin Qəzzə zolağına qarşı hücumunu pisləmək istiqamətində aksiya keçirib və məzlum Fələstin xalqına öz dəstəyini elan edib.
Berlin, Dublin və Cenevrə şəhərlərindəki etirazçılar sionist rejimin Qəzzə zolağındakı əməllərini soyqırımı adlandırıb və bu zolaqda təcili və daimi atəşkəs istəyiblər.
İki minə yaxın etirazçı Almaniyanın paytaxtı Berlinin «Potsdamer Platz» meydanında «Almaniya maliyyə təminatı edir, İsrail də bombalayır!», «Sizə ar olsun!» və «İsrailə silah verməyin!» şüarları verib.
Etirazçıların bəzilərinin əllərində/ üzərində «Mənim vergimdən istifadə ilə, İsrailə dəstəyi dayandırın!» şüarı yazılmıış plakatlar olub.
Həmçinin Norveç əhalisindən minlərlə nəfər bu ölkənin paytaxtı Oslonun «Nova Eskuver» meydanında yürüş keçirib. İsrail rejimi əleyhinə süarlar verən aksiyaçıların əllərində Fələstin xalqını himayə istiqamətində plakatlar və Fələstin bayraqları olub.
Etirazçılar həmçinin ABŞ prezidenti Co Baydenə və sionist rejimin baş naziri Benyamin Netanyahuya qarşı şüarlar səsləndiriblər. Aksiyaçılar Qəzzədəki soyqırımının durdurulmasına, eləcə də təcili və daimi atəşkəsə təkid ediblər.
İrlandiyanın paytaxtı Dublin şəhərinin əhalisi də sionist rejimin Qəzzədəki hərəkətlərini soyqırımı adlandırıb və bu zolaqda təcili və daimi atəşkəs istəyibdir.
İrlandiyalı etirazçılar «İsrail aparteidini boykot edin!» və «Fələstinə azadlıq və ədalət!» şüarları veriblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button