ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycanın ticarət dövriyyəsi 53% artıb

İran İslam Respublikası və Azərbaycan Respublikasının ticarət dövriyyəsinin həcmi 2016-cı ilin üç ayında ötən ilin oxşar vəziyyəti ilə müqayisədə 53% artmışdır.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev bu xəbəri bildirərək deyib: Azərbaycan Respublikası və İran İslam Respublikasının müxtəlif sahələr, xüsusilə də iqtisadi sahələrdə əməkdaşlıqları yüksələn xətt üzrədir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bildirdiyinə görə, 2016-cı ilin ilk üç ayında İran və Azəbaycanın ticarət dövriyyəsində ümumilikdə artımın 53%-dən 42 faizi İranın Azərbaycana ixrac etdiyi qeyri-neft məhsullarıdır. Bu müddət ərzində Azərbaycana 27 milyon dollar dəyərində məhsul növləri ixrac olunub. Bu rəqəm ötən ilin oxşar dövründə 19 milyon dollar olmuşdur.

Məlumata görə, bu müddətdə İran Birləşmiş Ərəb Əmirlikləri və İraqdan sonra Azərbaycana ən çox məhsul ixrac etmişdir.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin də iki ölkə əlaqələrinin inkişafı prosesini müsbət qiymətləndirib: Özəl sektor əlaqələrinin gücləndirilməsi, maneələr, o cümlədən gömrük, terminalların rüsumlarının azaldılması, həmçinin viza qaydalarında sadələşdirmə ilə gələn üç ay ərzində iki tərəfin ticarət dövriyyəsinin diqqəti cəlb edəcək dərəcədə artmasının şahidi olacağıq.

Bildirilir ki, cari ildə Azərbaycan prezidentinin İrana səfərində avtomobilqayırma, dərman istehsalı və kənd təsərrüfatı əməkdaşlıqları sahələrində iki tərəf rəsmiləri arasında anlaşmalar imzalanmışdır. Bu müqavilələrin icra olunması ilə iki tərəfin qeyri-neft iqtisadiyyatında aydın perspektivlər formalaşacaq.

Hal-hazırda İran və Azərbaycanın neft və qeyri-neft ticarət dövriyyəsinin həcmi 1 milyard dollardan çoxdur.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button