ArxivXəbər lentiXəbərlər

Bəzi qonşu ölkələrdə islamçı dustaqlar tövbənamə yazmaqdan imtina edərək….

Bəzi qonşu ölkələrdə islamçı dustaqlar tövbənamə yazmaqdan imtina edərək öz hədəflərini müdafiə etmişlər. ayətüllah Amili cümə namazının birinci xütbəsini imam Musa Kazim (ə)-n şəhadət gününə həsr edərək qonşu ölkələrdəki islamçı dustaqlar haqqında əhəmiyyətli sözlər demişdir. O, dustaqların tövbənamə yazmaqdan imtina etmələrinə işarə edərək bildirmişdir ki, onlar öz hədəflərini müdafiə etmişlər. qafqaz mədəniyyət mərkəzinin raportuna görə vəliyyi-fəqihin əyalətdəki nümayəndəsi və Ərdəbil imamcüməsi cümənamazı xütbələrində hörmətli dövlətə Ərdəbilin azad sənaye və ticarət məntəqəsi olamsı ilə razılıq etdiyinə və bu layihəni məclisə verdiyinə görə təşəkkür etmişdir. O ümid etmişdir ki, bu layihənin məclisdə qəbul edildikdən və tətbiq prosesi başlandıqdan sonra Ərdəbil əyalətində məşğulluq, iqtisadiyyat, istehsal və ticarətin dirçəlməsi baxımından böyük dəyişiklik baş verəcəkdir. O, imam Musa Kazim (ə)-n şəhadət gününün yaxınlaşdığına işarə edərək demişdir: O imam gündüzü gecəsindən seçilməyən həbsxanada 11 ildən çox dustaq oldu. Harunərrəşidin məmurları tərəfindən dəhşətli işkəncə və sıxıntılar içində yaşadı, lakin hədəfindən əl çəkmədi. Harun ona mesaj göndərərək dedi: Əfv istəsə dünyanın bütün ləzzətləri onun ixtiyarında olacaqdır. Qonşu ölkəmizdə və Ərəbistanda böyük insanlar öz hədəfləri uğrunda dustaq olmuşlar. Hələ o vaxt imam Kazim(ə) Haruna demişdi: zaman keçdikcə mənim dustaq günlərim azalır, sənin ömrün. Nəhayət sonu olmayan bir gündə bir-birimizə yetişəcəyik. Ayətüllah Amili sözlərinin davamında Ərəbistan dövlətinin həzrət Musaəbni-Cəfərin şəhadət günü ayətüllah Nümər Əl-Nümərin başını kəsəcəyik dediyinə işarə edərək demişdir: Ərəbistan dövləti bu işi görərsə bu ölkənin və dünya şiələrilə əlaqə körpüsünü qıracaq və çox ağır qarşılıq ödəməli olacaqdır. O, Yəmənə hücümün intensivləşməsinə və bu ölkənin ərzaq və dərman blokadasında qalmasına işarə edərək demişdir: bu ölkədə dəhşətli soyqırımı baş verməkdədir. Səudiyyəlilərin kortəbii və məqsədsiz bombalamaları onların uğursuzluğundan və buna görə də hiddətləndiklərindən irəli gəlir. Ayətüllah Amili həzrətləri beynəlxalq ictimaiyyətin bu cinayətlər qarşısındakı sükutunu məhkum etmişdir. O, xütbənin digər bir hissəsində demişdir: Amerikanın İrana qarşı əsas məqsədi nüvə İranını nəzarətə almaq deyil, islam inqilab fəlsəfəsini nəzarətə almaqdır. Onlar bu sahədə heç bir vasitədən müzayiqə etməmişlər. Nəhayət belə bir nəticəyə yetişmişlər ki, İraq, Suriya və Yəmən parçalnmalıdır. Ərdəbil cümənamazının xətibi Amerika senatının son planını, bu öləkənin ordusunun Bağdad dövlətilə uyğunlaşdırmadan İraq sünnilərinə və kürdlərinə hərbi yardım göstərmək və onların silahlı qüvvələrinə təlim verməyi İraqı parçalayacaq dəhşətli vətəndaş müharibəsinin başlanğıcı hesab etmişdir. O, Ərəbistanı, İŞİD-i və Barizani ailəsini bu parçalanma üçbucağının üç yanı kimi qiymətləndirmişdir. O bu haqda artırmışdır: İraq, Suriya, Ərəbistan, Yəmən, Misir və İranın parçalanması imperialistlərin köhnə arzusudur. Ondan məqsəd isə regionun neft və qaz mənbələrini ələ keçirmək, İsrail ətrafinda təhlükəsiz zolaq yaratmaq, region qüdrətlərini aradan aparmaq və imperializmin hakimiyyəti qarşısındakı maniələri aradan qldırmaqdır. Ərdəbil əyalətinin xibrələr məclisindəki nümayəndəsi Amerikanın İrana qarşı hərbi hədə-qorxusuna işarə edərək dmişdir: nüvə razılaşması ərəfəsində baş verən belə bir hədə-qorxu İrandan daha çox imtiyaz almaq və islam inqilabı fəlsəfəsinin qarşısını almaq üçündür. Inqilab rəhbərinin dedikləri onları bac alma fikrindən məyus etmək və müzakirə heyətimizin mövqeyini gücləndirmək üçündür.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button