Islam

Bəsic zərurəti

Untitled-1.jpg7475852586935

Sülh dövründə silahlı qüvvələr sərhədləri qoruyub, daxili təhlükəsizlik üçün mühafizə orqanları ilə həmkarlıq etsə də, müharibə şəraitində və fövqəladə hallar baş verdikdə daha çox qüvvəyə ehtiyac olur və bu zaman xalqın həmkarlığı, köməyi bir zərurətə çevrilir. Bu həmkarlıq və kömək vətəndaşların iman və əməlinə arxalanır. Odur ki, zəruri hallarda xalqın qüvvəsindən istifadə etmək üçün gərək hər bir şəxs müdafiə təlimi alsın və fövqəladə hallarda ondan istifadə etsin. Konstitusiyanı hazırlayanlar İslam Respublikasının hədəfləri, islami cəmiyyətin öhdəsində olan missia və konstutsiya qanunlarının kökündə duran prinsiplər səbəbindən İslam ümmətinin bir çox təhlükələrlə qarşılaşa biləcəyini ehtimal verirdilər. Odur ki, bu təhlükərin qarşısını almaq üçün hər bir şəxs həmkarlıq etməlidir. Bu münasibətlə Bəsic (səfərbər qüvvələr)110-cu maddəyə əsasən Rəhbərliyin ixtiyarındadır.
Konstitusiyanın 151-maddəsində (“Ənfal” surəsinin 8-ci ayəsinə əsasən) dövlət hər bir vətəndaş üçün hərbi təlim imkanları yaratmağa vəzifəlidir. Dövlət xalq üçün İslam qanunlarına uyğun şəkildə hərbi hazırlıq proqramları hazırlamalıdır və hər bir şəxs İslam Respublikasını silahlı müdafiə etməyi bacarmalıdır.
Həzrət İmam Xumeyni (r) istənilən bir hücum, hədə və təcavüzün qarşısını almaq məqsədi ilə 20 milyonluq Bəsic ordusu yaradılması barəsində göstəriş verib.
Konstitusiyada Bəsic təşkilatının yaradılamsının hədəfləri barədə yazılır: İslam inqilabına və konstitusiyaya əqidəsi olan hər bir şəxs ölkəni, İslam Respublikasını müdafiə etməyə hazır olmalı və təbii fəlakətlər, digər hadisələr zamanı xalqa kömək etməyə çalışmalıdır. Konstitusiyanın 36-cı maddəsində Bəsicin vəzifələri belə izah olunur:
1. Ölkənin ərazi bütövlüyünü müdafiə edə biləcək həddə hərbi təlim.
2. Əqidəvi, siyasi və digər sahələrdə təlim-tərbiyə.
3. Bəsic üzvlərinin təşkilatlanması.
4. Digər orqanların həmkarlığı ilə müdafiə layihələrinin hazırlanması.
Bəsicin hədəfləri və vəzifələri nəzərə alındıqda Bəsicin yalnız hərbi bir təşkilat yox, müxtəlif cəhətlərə malik təşkilat olduğu görünür. Bəsic digər rəsmi hərbi təşkilatlardan fərqlidir və Bəsic xalqa bağlı bir təşkilatdır. Bəsic hərbi mövqesindən əlavə cəmiyyətdə mədəni, əqidəvi, tərbiyəvi və elmi sahələrdə böyük rol ifa edə bilər. Bəsicin qeyd etdiyimiz uyğun sahələrdə fəaliyyətlərini araşdırdıqda onun İslam cəmiyyəti üçün nə qədər əhəmiyyətli və zəruri olması məlum olur.
Misal üçün dünyanın kbirli dövlətlərinin müxtəlif fitnələri qarşısında qələbə çalmaq, canlarını fəda etməyə hazır olan Bəsic qüvvələri olmadan mümkün idimi?! Bəsicin İslam inqilabının yaşamasındakı böyük rolunu inkar etmək olarmı? İslam quruluşu müxaliflərinin Bəsicə qarşı dərin düşmənlikləri və kinləri bu məsələni bir daha sübut edir.
Həssas mövqelərdə rejimin qarşısındakı düyünləri açan xalqın Bəsic tərkibində səhnədə olması idi.
Digər bir tərəfdən dövlətin müxtəlif bölmələrinə ayrılan yüksək məbləğdə büdcəni Bəsicə ayrılan çox az büdcə ilə müqayisə etsək, həmçinin onların əldə etdikləri nəticələrə də nəzər salsaq, görərik ki, Bəsic çox az büdcə ilə İslam quruluşu və İslam cəmiyyəti üçün çox böyük faydalar verən nadir təşkilatlardandır. Odur ki, Bəsicin həssas və əhəmiyyətli roluna göz yummaq həm insafsızlıqdır, həm də cəmiyyətin, ölkənin milli mənafesinin və inqilabın böyük hədəflərinin əleyhinədir.
Bəsic qüvvələrinin dəyərli xidmətləri müqabilində verilən azca fərqləndirmələr məntiqli və İslam təlimlərinə uyğun bir addımdır; bu ictimai ədalətin icrası ilə yanaşı bəsicilərin xidmətlərini dəyərləndirməkdir.

Bəsic nədir və bəsici kimdir?

Həzrət İmamın (r) baxışı

“Bəsic Allahın ixlaslı ordusudur, onun yaranmasında əvvəldən sonadək bütün mücahidlərin imzası var.” İmam Xumeyninin (r) fikrinə görə İslam quruluşunun bugünkü izzətinin ən əsas səbəbkarlarından biri də Bəsic və xalqın bu təşkilatda iştirakıdır. Hətta İslamın bütün dünyada güc sahibi olması da bütün dünyada Bəsicin gerçəkləşməsi ilə baş verəcək. Mərhum İmamaın (r) dediyinə görə bu iş mümkündür və onu gerçəkləşdirməyə çalışmaq lazımdır.
Bəsic və bəsici anlayışını İslam inqilabı ədəbiyyatında axtarmaq istəsək, Həzrət İmamın (r) bu sözlərdən nə nəzərdə tutduğunu öyrənməliyik. Imamın (r) fikrinə görə Bəsic hərtərəfli ictimai bir təşkilatdır. Bu baxışa əsasən Bəsic yalnız müharibə zamanı müdafiə üçün istifadə olunan hərbi bir təşkilat deyil. Əksinə Bəsic cəmiyyətin əsas və həyatverici ehtiyaclarına cavab verən geniş bir təşkilatdır. Bəsicin rejimin digər bölmələri ilə elə bağlılığı var ki, əgər bu bağlılıq qırılsa, İslam cəmiyyətinin parçalanması ilə nəticələnə bilər.
Mərhum İmam (r) buyurur: “Bəsic səmərəli, pak bir ağacdır, onun çiçəkləri vüsal baharı ətirli, yəqin təravətli və eşqdən danışan çiçəklərdir. Bəsic eşq məktəbidir, Bəsic adsız şahidlər və şəhidlər məktəbidir. Onun davamçıları onun uca minarələrində şəhadət və rəşidlik azanı verirlər. Bu məktəbin davamçıları şöhrətsizlik və tanınmazlıq fəzasında ad-san alıblar.”
İmama (r) görə bəsici o şəxsdir ki, İslam quruluşunun inkişafına, qorunmasına və müsəlmanların izzətlənməsinə olan arzusunu, meylini öz əməlləri ilə göstərir. Yəni bəsici olmaq bir meyar, ölçüdür. Həmin ölçü əsasında onun üzvlərinin İnqilab hədəflərinə və əsaslarına nə qədər vəfalı olmaları ölçülür.

Bəsicin tarixçəsi

Imamın (r) fikrinə görə Bəsicin yaranma tarixi Bəni-israil qövmünün Həzrət Musanın (ə) göstərişi ilə Firon zülmünə qarşı qiyamına və yoxsul Siffə əhalisinin Peyğəmbərin (s) dəvəti ilə Məkkənin bütpərəst zadəganlarının zülm və qarətinə qarşı səfərbər olmalarına qayıdır.
Bizim əsrdə də Mərhum Mirza Şirazinin göstərişi ilə tütünün qadağan edilməsi cərəyanında xalqın səfərbər olması, İngiltərə dövlətinin istismarına qarşı mübarizə, xalqın Pəhləvi rejiminin zülm və xəyanətləri qarşısında 1342-ci il 15 xordad qiyamı və şah rejimini 1357-ci il 22 bəhməndə məğlub edənədək davamlı mübarizə aparmaları Bəsic mahiyyətlidir.
“Bəsic binası fiqhi və cihad hökmu üzərində möhkəmlənib; bu cihad hücum və əraziləri genişləndirmək yox, müdafiə ruhiyyəsində olan bir cihaddır. Mərhum İmama (r) görə Bəsic yeni doğulmuş bir varlıqdır, dünya mütəxəssisləri onu tanıya bilmirlər. Hansı xalqda iman qüvvəsi dirilsə, bu qüvvə hamını ilahi qiyama çağırır. O bütöv bir xalqı Bəsic, səfərbər etmək gücündədir. Bəsicin fəaliyyət meyarı İslam və onun uca dəyərlərini dərk etməkdir.”
Həzrət İmamın (r) fikrinə görə Bəsicin hərəkət səbəbi olan iman ruhiyyəsinin xalqda güclənməsi üçün iki amil daha mühümdür: Məscidlər və ruhaniyyət!
Məscidlər xalqın düşmənin pis, çirkin hədəfləri əleyhinə səfərbər olduqları mərkəzlərdir. Islamda və İslamın əvvəlində məscid daim islami hərəkatların qaynaqlandığı mərkəz olub. Məscidlərdən İslam təbliğatı başlanılırdı. Kafirləri məğlub etmək və onları İslam bayrağı altına almaq üçün İslam qoşunları məsciddən hərəkətə başlayıblar. Islamın əvvəllərində məscid həmişə hərəkatların, oyanışların mərkəzi olub.

Bəsicin öhdəsində olan işlər

Bəsicin ən əsas tapşırıqlarını aşağıdakılarla xülasələşdirmək olar:
1. Zülmlə mübarizə
Bəsicin əsas tapşırıqlarından biri kibirli dövlətlərlə, xüsusi ilə inqilabın əsas düşməni Amerika ilə mübarizədir. Mərhum İmamın (r) Bəsic həftəsi münasibəti ilə bəyanatlarından birində deyilir: “Mən yenidən bütün böyük İran xalqına və məsul şəxslərə deyirəm ki, istər müharibə, istər sülh dövründə ən böyük səhv bu olar ki, kibirli dövlətlərin, dünyaya tamah salanların xüsusi ilə Amerikanın bizdən və izzətli İslamdan əl çəkdiyini düşünək. Bir an da olsa düşmənin hiyləsindən xəbərsiz qalmaq olmaz. Xalis Məhəmməd (s) İslamı ilə düşmənlik Amerikanın təbiətidir.”
Mərhum İmam sözünə belə davam edir: “Sözün qısası hansısa bir ölkədə Bəsic təfəkkürünün gözəl ahəngi səslənsə artıq düşmənlər və dünyaya tamah salanlar ondan ümidlərini üzəcəklər.”
Bəsic keçmişdəki kimi güc və inamla öz yolunu davam etməlidir.
2. Azğınlıqlar qarşısında qiyam
“Bu gün (Həmd olsun Allaha) institut cinayətkarların çəngindən çıxıb. Odur ki, millət və İslam dövləti azğın ideoloji məktəblərin, qərbpərəst ünsürlərin elm ocaqlarına, təlim-tərbiyə mərkəzlərinə nüfuz etmələrinə mane olmadırlar. İlk addımlarının qarşısını almadırlar ki, problem yaranmasın və nəzarət əldən çıxmasın. Mən əziz tələbə cavanlara və məktəblilərə tövsiyə edirəm ki, azğınlıqlar qarşısında qiyam etsinlər ki, özlərinin, ölkələrinin və millətlərinin azadlığı tapdanmasın.”
3. Səbr etmək, elm və əməl ilə mübarizə
“Mən əziz cavanlarımıza, İslam dünyasının ətirli çiçəklərinə, Allahın bu böyük ehtiyatlarına tövsiyə edirəm ki, həyatlarının şirin anlarının qədir-qiymətini bilsinlər. Özünüzü İslam inqilabının ali hədəflərinə çatmaq üçün böyük elmi və əməli mübarizəyə hazırlayın…
Cavanların elmi mübarizəsi axtarış ruhiyyəsini dirçəltmək və həqiqətləri kəşf etməkdir. Onların əməli mübarizəsi isə həyatın ən gözəl səhnələrində və şəhadət cihadında baş verib.
4. Cavanları inqilabçı yetişdirmək
“Bəsiclər cavanların və yeniyetmələrin təlim-tərbiyəsi üçün hər gün daha çox çalışsınlar.”

Bəsicin məsuliyyətləri

İslam Respublikasını tanıtdırmaqda və ölkə daxilində cavanları və yeniyetmələri milli və dini kimliyi olan nümunələrə doğru cəzb etməkdə Bəsicin həssas rolu var. Uca məqamlı Rəhbər Bəsicin və bəsicinin öhdəsində böyük məsuliyyət olduğunu və xalqa bağlı mənəvi bir ordunun bünövrəsini qoyduğunu bildirir.
Mərhum İmam Xumeyni qəhrəman bəsiclilər barəsində buyurur: Siz inqilab tarixində və döyüş səhnəsində bu böyük millətə olan zülmləri və bu uca xalqın qəhrəmanlıqlarını göstərən güzgüsünüz. Siz bu ölkənin müqəddəs övladları, müsəlmanların izzətinin bayraqdarı və hadisələr qarşısındakı sipərsiniz. Siz bu gün Haqq dərgahında məskunlaşan diriqəlbli komandirlərin, məsul şəxslərin yadigarları və döyüş yoldaşlarısınız.
Mən təkidlə bildirirəm ki, İnqilab, İslam Respublikası, İslam İnqilabı keşişçiləri ordusu, İlahi dəyərləri qoruyan bu müqəddəs təşkilatlar istər sülh, istər müharibə dövründə sizin hər birinizə ehtiyaclıdır.
8 illik müqəddəs müdafdiə dövründə Bəsic özünü elə göstərdi ki, düşmənlər Bəsicdə gizlənmiş gücün dünyanın klassik ordularının hər biri ilə vuruşmaq imkanında olduğunu etiraf etdilər.
Ölkəmizi üç gün ərzində fəth edəcəyini güman edən düşmən elə ilk günlərdə əliyalın, lakin iman, ilahi və insani dəyərlərə inam silahı ilə İslam torpaqlarını müdafiə etmək üçün canını belə verməyə hazır olan xalqla rastlaşdı.
Mərhum İmamın göstərişi ilə, Bəsic adlı müqavimət mərkəzlərinə yığışan və onun kiçik bir işarəsi ilə döyüş meydanlarına tələsən mübariz cavanlar son damla qanlarınadək mübarizə aparırdılar.
Bəsicin vəzifəsi hərbi vəzifələrlə xülasələşmir. Xarici ölkələrin köməyi ilə İranda fitnə, parçalanma yaratmağa çalışan, ölkə ərazisinin bir hissəsini ayırmaq istəyən münafiqlər və digər İnqilaba zidd qrupların fəaliyyətləri dövründə də Bəsicin köməyi ilə daxili təhlükəsizlik qorundu.
Zəlzələ, sel kimi təbii fəlakətlər zamanı bəsicilərin köməyi problemlərin həllinə və xalqın təsəllisinə səbəb olur.
Qəzvin zəlzələsində elə ilk saatlarda bəsicilər Qırmızı Aypara və digər yardımçı dəstələrə qoşuldular. Bəsicli qadınlar şəhərlərdə zəlzələdən zərər çəkmişlərə qan verməyə və digər maddi yardımlar etməyə başladılar.
Mərhum İmam Xumeyni hicir şəmsi 2. 9. 67 tarixində, Bəsic həftəsində bəsiciləri və Bəsic ruhiyyəsini unutmaq təhlükəsi barəsində məsul şəxslərə müraciətlə bəyanat verir.
O belə buyururdu: “Mən azadlıq öncülləri olan sizlərin hər birinizin əlini öpürəm. Bilirəm ki, əgər İslam Respublikası məsul şəxsləri sizə qarşı diqqətsizlik etsələr cəhənnəm odunda yanacaqlar. Bir daha təkidlə bildirirəm ki, 20 milyonluq (Bəsic) ordu hazırlamağı unutsaq dünya supergüclərinin hiylələri qarşısında məğlub olacağıq.
Mən bütün bəsicilərə, xüsusi ilə onların başçılarına təşəkkür edirəm və İslamın bu vəfalı övladlarına dua etməyi heç zaman unutmayacam.”
Bəli, məsul şəxslər isar, fədakarlıq və xidmət ruhiyyəsini qorumağa vəzifəlidirlər. Məsuliyyət ərsəsində istənilən dünyapərəstlik, dünya bər-bəzəyinə aludə olmaq və xalqın ruhiyyəsinə, hisslərinə qarşı laqeyidlik Bəsicə zərbə vura biləcək böyük təhlükədir!

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button