ArxivIslammədəniyyatSosialXəbər lentiXəbərlər

Bəhreyn, Qüdsdəki işğalçı rejimlə əlaqələrini ortaya qoyaraq İslam dünyasına xəyanət edir

Krallığın Xarici İşlər naziri Abdel Lətif bin Rəşad az-Zayani bildirib ki, müvafiq saziş bazar günü yüksək rütbəli İsrail nümayəndə heyətinin səfəri zamanı Manamada imzalanıb.

“Biz İsraillə diplomatik münasibətlərin qurulması haqqında saziş imzalamışıq. Biz sülh və dialoq yoluna sadiqik, Yaxın Şərqdə ədalətli və hərtərəfli sülh əldə edilməlidir. İki dövlətin – İsrail və Fələstinin birgəyaşayışına dair qərar beynəlxalq qətnamələrə və ərəb sülh təşəbbüsünə uyğun olaraq 2002-ci ildə əldə edilməli idi”, – o deyib.

Ümumilikdə, Manamada müxtəlif sahələrdə, o cümlədən maliyyə, iqtisadiyyat, kənd təsərrüfatı sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında yeddi memorandum imzalanıb.

Xatırladaq ki, bir neçə ərəb ölkəsi, sionist rejimlə münasibətləri normallaşdıraraq, İslam dünyasına, xüsusən məzlum Fələstin xalqına böyük bir xəyanətə səbəb oldu.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button