AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycanlı oliqarxın Ərdoğana böyük hədiyyəsi əngəl yaradıb

Ölkə başçısına nə hədiyyə etmək daha münasib olardı? Bu sualı azərbaycanlı oliqarx 25 milyon dollarlıq neftdaşıyan tanker bağışlamaqla cavablandırmışdır.
Qafqaz Mədəniyyət Mərkəzi – Azərbaycanlı oliqarx Mübariz Mənsimov 2008-ci ildə Türkiyənin indiki prezidenti Rəcəb Təyyib Ərdoğan ailəsi üçün tanker almışdır. Qara dənizdə media-təhqiqat qrupu və Avropa araşdırma şəbəkəsinin vasitəsilə aşkarlanan bu mövzu cümə günü ifşa olmuş və mediaya çıxmışdır. M. Mənsimov Ərdoğanın təklifi ilə bir neçə il bundan öncə Türkiyəyə getmiş, bu ölkənin vətəndaşlığını qəbul etmişdir. Onun Türkiyədəki adı Mübariz Qurbanoğludur. O, Türkiyədə yaxşı biznes qurmuşdur və dövlət şirkətləri ilə gəlirli müqavilələr imzalaya bilmişdir.
M. Mənsimov yeni seçilmiş ABŞ prezidenti Trampın dostu sayılır və prezidentin inaqurasiya mərasimində o da iştirak edirdi. Trampın 2009-cu ildə İstanbulda açılışını etdiyi bir neçə yaşayış və ofis binasını da Mənsimov almışdır. Onu İstanbulun mərkəzində bu iri göydələnlərin ilk müştərisi adlandırdılar.
“İntercept” saytının “Malta” sənədləri adı ilə yaydığı məlumatlar göstərir ki, gəmi alqı-satqısı və onun Ərdoğana hədiyyə edilməsi çox mürəkkəb bir proses keçmişdir. Mənsimov gəmini 2007-ci ildə Maltadan almışdır. 2008-ci ilin oktyabrında bu gəmi Ərdoğanın oğlu və qaynının adına olan bir şirkətin adına alınır. Bir neçə gündən sonra adı gedən şirkət Mənsimovdan 18.4 milyon dollar borc alır. Bura qədər hər şey adidir. Lakin, sənədlər göstərir ki, Mənsimov bu borcu lizinq mübadilə əməliyyatında silmiş və onun təqribən 7 molyon dollar məbləğində qalan hissəsini naməlum səbəbdən Ərdoğanın yaxın dostlarından birinə vermişdir.
Qara dənizdə neft daşınmasının üçdə iki hissəsi Mənsimovun şirkətinə məxsusdur. Şirkət gəmini lizinq etməklə hər il təqribən 1.2 milyon dollar Ərdoğan ailəsinə ödəyir. Halbuki, Ərdoğanın qaynı tankerlərin qazancının təkcə ona aid olduğunu deyir.
Malta adlı fayllarda təqribən 150 min sənəd mövcuddur və onlar məxfi şəkildə araşdırılır. Layihənin araşdırılmasına 16 ölkənin 13 media təşkilatının 49 jurnalisti qatılmışdır. Bu media şirkətləri arasında Braziliya, Almaniya, Rumuniya da vardır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button