ArxivXəbər lentiXəbərlər

Azərbaycanlı deputatlar işğalçı israil rejiminin prezidentinin qəbulunda olublar

Azərbaycanlı deputatlar Fələstin Xalqının hüquqlarını tapdalayan cühüd rejimində “işgüzar” səfərdə olublar.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə komitənin sədr müavini Sevinc Fətəliyeva, Azərbaycan-sionist rejim parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azərbaycan əsilli cühüd Yevda Abramov, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Bakıdakı qanunsuz israil rejim mərkəzinin rəhbəri yəhudi Emiliya Xudiyeva Fələstin torpaqlarını işğal etmiş qeyrileqal israil rejim parlamentinin dəvəti ilə bu ölkədə səfərdə olublar.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində cühüd rejiminin qaniçən prezidenti Ruvi Rivlin, qondarma yəhudi parlamenti spikeri Yuli-Yoel Edelşteyn və bu parlamentin beynəlxalq əlaqələr və müdafiə məsələləri üzrə komitəsinin sədri Tzaçi Haneqbi, sionist-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, “israil bizim evimizdir” adlı cinayətkar partiyanın rəhbəri Aviqdor Liberman, qondarma sionist rejimin xin-in Yaxın Şərq bürosunun və siyasi araşdırmalar mərkəzinin rəhbəri Amir Veissbrod, xin-in Siyasi rəhbəri Alon Uşpiz, xin-in Avro-Asiya və Balkanlar üzrə baş direktorunun müavini Zvi Rav-Ner, həmçinin qondarma sionist rejim parlament qruplarının, lobbilərinin rəhbərləri və üzvləri ilə görüşüblər.

P.S: Bəzilərinin mülahizəsinə görə, görüş zamanı Azərbaycan-İİR dostluq məsələsinin azadılması işğalçı rejim tərəfindən gündəmin əsas məqsədlərindən biri olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button