ArxivFilm​IslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanlı çempion medalını dünya müsəlmanlarına həsr etdi +VİDEO

Klassik güləşdə üçüncü dəfə Avropa çempionu olan Azərbaycan Respublikasının ilk idmançısı kimi tarixə düşən Hüseynov instaqram səhifəsi vasitəsilə paylaşım edib.

O, Azərbaycan güləşində məşqçi çatışmazlığı probleminə də toxunub, gənc yaşlarında böyük uğurlar qazanmasına səriştəsiz məşqçilərin rəhbərliyi altında çalışmasının mane olduğunu bildirib: “Təəssüf ki, 2000-ci illərdən 2018-ci ilə qədər bir-birindən səriştəsiz və savadsız məşqçilər ucbatından cavanlığımın ən yaxşı illərini itirmişəm”, – deyə Avropa çempionu bildirib.

  “Heç fikirləşməzdim ki, bu yaşlarda adım tarixdə qalacaq Azərbaycan güləşçiləri sırasına düşəcək. Buna görə Allahıma şükür edib, qələbəmi müqəddəs Ramazan ayında bütün dünya müsəlmanlarına həsr edirəm. Azarkeşlik etdiyiniz üçün hamınıza təşəkkür edirəm”,- Macarıstanın paytaxtı Budapeştdə keçirilən yunan-Roma güləşi üzrə Avropa çempionatının qalibi olan Rafiq Hüseynov bildirib.

Qeyd edək ki, Rafiq Hüseynov 2011-ci ildə Dortmundda, 2020-ci ildə isə Romada Avropa çempionu olub.

 

Teqlər

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button