ArxivIslamXəbər lentiXəbərlər

Azərbaycanlı Ərbəin zəvvarlarının ilk dəstəsi İraqa daxil olub

Eastnews.org-un verdiyi xəbərə görə, hər il olduğu kimi bu il də minlərlə azərbaycanlı zəvvar Ərbəin günü münasibətilə İraqın Kərbəla şəhərinə yola düşüb.

Azərbaycanlı Əhli-beytsevərlərdən ibarət Ərbəin zəvvarlarının ilk dəstəsi 3 avtobus ilə artıq İranın Biləsuvar sərhəd-keçid məntəqəsindən İraqın Şələmçə sərhəd-keçid məntəqəsinə keçərək İraqa daxil olub.

Sayı təqribən 130 nəfər olan bu zəvvarlar bu gün Kərbəla şəhərini ziyarət etmək üçün İraq torpaqlarına daxil olublar.

Ərbəin günü (ərəb الأربعين‏‎‎‎ qırxıncı gün) şiəlikdə, hicri təqvimilə Aşura günündən 40 gün sonra, yəni Səfər ayının iyirminci günü sayılır. Bu gündə, Məhərrəm ayının onuncu günündə, Kərbəlada şəhid olan İmam Hüseyn (ə) və 72 tərəfdarı yad edilir, xüsusi mərasimlər keçirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button