ArxivXəbər lentiXəbərlər

Azərbaycanın xarici dövlət borcunun miqdarı açıqlandı

Azərbaycan Respublikasının xarici dövlət borcunun ümumi məbləği 9 milyard 600 milyon 200 min ABŞ dolları (16 milyard 320 milyon 300 min manat) təşkil edir. Bu barədə Azərbaycanın Maliyyə Nazirliyi məlumat yayıb.

2018-ci il 1 iyul tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə imzalanmış sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycan Respublikasının xarici dövlət borcunun ümumi məbləği 9 milyard 600 milyon 200 min ABŞ dolları (16 milyard 320 milyon 300 min manat) təşkil edir.

Bu barədə “2019-cu ilin büdcə zərfi”ndə qeyd edilib.

Bildirilir ki, imzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ÜDM-in 21,9 faizini təşkil edib, adambaşına düşən xarici dövlət borcu isə 966,2 ABŞ dolları olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button