ArxivXəbər lentiXəbərlər

Azərbaycanın iqtisadiyyat naziri İran səfiri ilə görüşüb

İran İslam Respublikası və Azərbaycan Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 12-ci iclasının keçirilməsi ərəfəsində Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb.

İRİB-in Bakıdakı nümayəndəliyinin verdiyi məlumata görə, görüşdə İran və Azərbaycan Respublikası arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin Azərbaycan nümayəndə heyətinin İrana nəzərdə tutulan səfərinə, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 12-ci iclasının keçirilməsinə, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

Qeyd olunan iclas cari ayın 25-26-da Tehranda keçiriləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button